ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) maqazin dünyasının məşhur simalarından olan əslən erməni televiziya ulduzu Kim Kardaşyana kripto aktivini qeyri-qanuni şəkildə tanıtdırdığı üçün 1,26 milyon dollar cərimə ödəyəcəyini açıqlayıb.
Voicepress.az xəbər verir ki, SEC-dən verilən açıqlamada, Kardaşyanın EthereumMax tərəfindən təklif edilən və satılan kriptovalyutanın tanıtımına görə ödəniş alındığını elan etmədən sosial media hesabında paylaşım etdiyi qeyd edilib.
Açıqlamada Kardaşyanın kriptovalyutaların qeyri-qanuni təşviqi ittihamları qarşısında 1,26 milyon dollar cərimə ödəməyə və komissiyanın davam edən istintaqında əməkdaşlıq etməyə razı olduğu bildirilib.
Açıqlamada bildirildi ki, Kardaşyan İnstaqram hesabından EthereumMax tərəfindən təklif olunan kriptovalyutalar haqqında paylaşım etmək üçün ona 250 min dollar ödənildiyini açıqlamayıb. Bildirilib ki, Kardaşyan federal qiymətli kağızlar qanunlarının müvafiq müddəalarını pozub.
Sultan /voicepress.az/








