Tanınmış naşir Əvəz Zeynallının və Elçin Sadıqlının həbsinə münasibət bildirdi: “Dövlətimizin imicinə ciddi zərbədi”

12 Sentyabr, 09:54

 “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduuğlu tanınmış jurnalist Əvəz Zeynallı və hüquq müdafiəçisi Elçin  Sadqılının həbs olunmasını pisləyib.

Voicepress.az xəbər verir ki, bu barədə tanınmış naşir şəxsi Facebook hesabında paylaşım edib. Sözügedən  paylaşımı təqdim edirik:

“Əvəz Zeynallı və Elçin Sadıqovun həbsini pisləyirəm.  Bu çox gözlənilməzdir. Dövlətimizin imicinə ciddi zərbədir. Beynəlxalq təşkilatların reaksiyalarına görə demirəm, öz halımıza, vətəndaşlarımızın halına acıyıram. Çox hörmətli bir vəkili və böyük sayda auditoriya qazanmış bir qəzetçini yarımçıq bir telefon danışığına görə həbs etmək məhkəmənin və prokurorluğun nə gündə olmasından xəbər verir.

Mən elə bilirdim, köhnə idarəçilik  üslubu tarixin arxivinə gömülüb. Elə bilirdim, ötən günlər bir də geri dönməyəcək. Çox təəssüf edirəm.

Dövlət vətəndaşına tələ qurmalı deyil, əksinə onun özünüifadəsinə şərait yaratmalı və bütün hallarda vətəndaşının yanında olmalıdır”.

İlahə\voicepress.az\