Obama “Emmi” mükafatı aldı

5 Sentyabr, 10:51

ABŞ-ın keçmiş prezidenti Barak Obama Netflix-in “Bizim Böyük Milli Parklarımız” sənədli serialındakı hekayəsinə görə “Emmi” mükafatı alıb.

Voicepress.az xarici mediaya istinadən xəbər verir ki, Obamanın prodüser şirkəti olan “Higher Ground” dünya üzrə milli parklar haqqında beş hissədən ibarət sənədli filmi hazırlayıb.

Bundan əvvəl də iki dəfə “Qremmi” mükafatını qazanan Obama “EGOT” olmaq üçün yolun yarısındadır.

Qeyd edək ki, EGOT Emmy, Grammy, Oscar və Tony mükafatlarının dördünü də almış şəxslərə aiddir.

Xatırladaq ki, Obama həm də “Emmi” mükafatı alan ikinci Amerika prezidenti olaraq tarixə düşdü.