Hikmet Babaoğlu: “Ermənistan hələ sülhə hazır deyil…”

16 Sentyabr, 15:34

“Cənubi Qafqazda sülhün əldə olunmasında “kim daha böyük rol oynayacaq” məsələsində bir geostrateji rəqabət var”.

Voicepress.az xəbər verir ki, bu sözləri açıqlamasında millt vəkili Hikmət Babaoğlu deyib.

Millət vəkilinin sözlərinə görə, Brüsseldə, Avropa İttifaqının prezidenti Şarl Mişelin moderatorluğu ilə keçirilən görüşdən dərhal sonra Ermənistanın belə təxribatlara əl atacağı gözlənilən idi: “Belə ki, baş nazir Paşinyan Brüssel formatında keçirilən görüşdə yeni tələblərlə çıxış etmişdi və yeni iddialar irəli sürmüşdü. Həmin iddialar da Azərbaycan tərəfindən qəbul edilən iddialar deyildi. Yəni mümkünsüz üzrə 2020 ci il 10 Noyabr tarixli üçtərəfli bəyanatın tələblərindən kənara çıxaraq, yeni iddialar səsləndirmişdi. Şübhəsiz ki, Azərbaycan bunları qəbul etməmişdi. Ona görə də, Ermənistanın bu təxribatı gözlənilən idi. İrəli sürülən yeni iddialar, komunikasilaraın açılmasını rədd etməsi idi. Zəngəzur dəhlizi ilə başlanılan dəmiryolu komunikasiyasının açılması ilə bağlı aparılan işlərin dayandırılması və avtomobil magistral yolu ilə bağlı isə müzakirələrin aparılmaması irəli sürülmüşdü. Bu isə birmənalı olaraq üçtərəfli bəyannamənin maddələrinin pozulması deməkdir. Eyni zamanda görünür Paşinyan yenidən Minsk Qrupunun canlandırılması ile bağlı iddialar səsləndirib. Göründüyü kimi bu şərtlərin heç biri Azərbaycan üçün qəbul edilən deyil. Məhz Ermənistan öz iradəsinə deyil, xaricdən ona diktə olunan direktivlərə dayanaraq, güc tətbiq etməklə öz tərəflərini danışıqlar masasında gündəmə gətirə bilər. Bu ABŞ-ın Cənubi Qafqaz üzrə danışıqlarda təyin etdiyi səfirin Ermənistanda olduğu müddətdə baş verdi. Çünki bir gün sonra həmin səfir Bakıya gələcəkdi. Aydırndır ki, xarici qüvvələr yenidən Minsk qrupunun fəaliyyətə başlaması üçün yeni bir gündəm yaratmağa çalışırdı. Əslində bu təxribatlara arşı Azərbaycanın gördüyü tədbirlər preventiv tədbirlərdir, yəni önləyici tədbirlərdir.Çünkü Ermənistan daha ciddi təxribat törətməyə cəhd göstərirdilər. Amma Azərbaycan bu plandan xəbər tutaraq dərhal müdaxilə etdi. Ona görə də, Ermənistanın bu hərəkətləri onu göstərir ki, Ermənistan hələ sülhə hazır deyil…Aparılan əməliyatlar da onu göstərir ki, Azərbaycan Ermənistanı sülhə məcbur etməyə hazırdır.

Hazırda isə Ermənistanın baş nazirinin müxtəlif ölkələrin dövlət başçılarına, beynəlxalq təşkilatlara, o cümlədən KTMT-yə müraciət etməsi bir daha onu göstərir ki, Ermənistan əvvəlcədən bunu planlaşdırmışdı. Burada da Paşinyanın bir neçə məqsədi var. Paşinyan KTMT-nin nizamnaməsinin hansı bəndinə istinadən ora müraciət edir? Bunu əsaslandırmaq lazımdır. KTMT-nin nizamnaməsində ərazi bütövlüyü pozularsa, təhlükəsizlik təminatı pozularsa, o zaman üzv dövlətlər Kollektiv Millətlər Təşkilatı müdaxilə edə bilmək hüququna malik olar. Bu sadalananların heç biri olmadığı üçün KTMT-nin müdaxiləsi də mümkün deyil. Qısacası Paşinyan bilindiyi kimi Sorosun bir layihəsidir və onun özünəməsus öhdəçilikləri var. Ona görə də, onlar Cənubi Qafqazı özlərinin geosiyasi rəqabət meydançasına çevirmək istəyən güclərə xidmət etməklə əslində Paşinyan öz ölkəsinə zərər vurur. Bu gun etiraf edək ki, Cənubi Qafqazda sülhün əldə olunmasında “kim daha böyük rol oynayacaq” məsələsində bir geostrateji rəqabət var. Bu Avropa İttifaqı ya Rusiya mı olacaqdır? Paşinyan isə bu geostrateji rəqabət kampaniyasının bir alətidir. Ona görə də müstəqil iradə nümayiş etdirə bilmir, müstəqil qərarlar verə bilmir. Ancaq Azərbaycan mütləq şəkildə Ermənistanın sülhlə bağlı gündəmə qayıtmağının yollarını yaxşı bilir və buna nail olacaqdır!”