Həmin erməniləri biz özümüz Qarabağa gətirəcəyik… – Deputatdan Vardanyana CAVAB

2 Sentyabr, 15:08

“Ruben Vardanyan və onun kimiləri Azərbaycana və eləcə də sülh tərəfdarı olan ermənilərə düşmən olanları da Qarabağa biz özümüz gətirəcəyik ittiham etmək üçün”.

Bu fikirləri Millət vəkili Musa Quliyev, erməni əsilli iş adamı Ruben Vardanyanın ötən gün verdiyi bəyanatına münasibət bildirərkən söyləyib.

Millət vəkili bildirib ki, Ruben Vardanyanın Azərbaycan sərhədlərini özbaşına keçərək orda yaşaması hüquqi cəhətdən mümkün deyil: “Ruben Vardanyan və digər ermənilərin söylədikləri cəfəngiyyatdır. Nə Azərbaycan qanunlarına görə, nə beynəlxalq hüquqa görə heç bir kənar vətəndaş başqa bir dövlətdən icazə almadan onun sərhədlərini keçə bilməz. Artıq iki ildir Azərbaycan öz torpaqlarını işğaldan azad edib və öz sərhədlərinə özü nəzarət edir. 30 il ərzində Laçın dəhlizi adlandırılan o dəhliz də bağlanıb və Azərbaycan, Qarabağla Ermənistanı birləşdirən yeni bir yol çəkib.  Bugünlərdə artıq o yol işə düşəcək. Həmin yolda da Azərbaycan öz nəzarət məntəqələrini quraşdıracaq. Azərbaycanın  pasport yoxlamasından keçməyən heç bir şəxs Qarabağa daxil ola bilməyəcək.  Amma Ruben Vardanyan və onun kimiləri Azərbaycana və eləcə də sülh tərəfdarı olan ermənilərə düşmən olanları da Qarabağa biz özümüz gətirəcəyik ittiham etmək üçün. Həmin Ruben Vardanyan əgər doğrudan da iş adamıdırsa, onun həqiqətən də humanist və xoş niyyəti varsa Qarabağ 30 il ərzində onların işğalı altında olduğu müddətdə, Qarabağda ac, səfil vəziyyətdə yaşayan ermənilərə hansı yardımları göstərmişdi. Qarabağda hansı abadlıq işləri görmüşdü. 30 ildir o torpaqları cəhənnəmə çevirən erməniləri dayandırmaq üçün hansı humanist addımı atmışdı. Biz o torpaqları işğaldan azad etdikdən sonra gördük ki, daş-daş üstündə qalmayıb.  Qarabağda bir dənə salamat bina, tarixi abidə qalmayıb. Dağları, torpağı yandırıblar, meşələri qırıblar. Qarabağda suları, çayları zəhərləyiblər. Ruben Vardanyan köklü, yaşı 2000-dən yuxarı olan qədim bir çinar ağacının altında dayanıb bu bəyanatı verir, amma unduur ki, Qarabağ işğalda olduğu müddətdə Zəngilan bölgəsində Avropanın böyükülüyünə görə ikinci, tarixinə görə birinci olan böyük bir çinar meşəsini ermənilər məhv etdi.  Torpağın həqiqi sahibi belə bir vandallıq edərmi? Əlbəttə etməz. Bu gün azərbaycanlılar öz tarixi torpaqlarına qayıdıblar o torpaqları abadlaşdırlar və bütün dünyaya da göstərir və sübut edirlər ki, Qarabağın  həqiqi sahibi kimdir”.

Millət vəkili qeyd edib ki, erməni avantürist milliyyətçilərin, eləcə də müxalif qüvvələrin bu cür sərsəm fikirlər səsləndirməsi ilk deyil və onların bu xəyalpərəstliyi bütün erməni xalqını uçuruma aparırı: “Yadınızdadırsa  başqa bir müharibə cinayətkarı, Xocalı qətliamını törədən cinayətkarlardan biri, Ermənistanın  sabiq  prezidenti Serj Sərksyan 2010- cu ildə Gorus şəhərində erməni gəncləri ilə görüşdə belə bir çağırış etmişdi ki, “Biz  Qarabağ məsələsini həll etdik. Qarabağı Ermənistana birləşdirdik. Ağrı dağı məsələsini də siz həll edəcəksiniz, Ağrını da Ermənistana siz birləşdikrəcəksiniz”. Bunlar hamısı boş xəyallardır və erməni xalqını bədbəxt edən çağırışlardır. İndi hansı bir erməni Qarabağ Ağrı dağı haqqın da düşünmə hüququna malikdir.”

 Musa Quliyev hesab edir ki, belə bir bəyanatın Azərbaycan Prezidnetinin, Ermənistanın baş naziri və Aİ-nın sədri Şarl Mişelin görüşü ərəfəsində verilməsi də təsadüfi deyil:

“Ola bilsin ki, Rusiyadakı Ermənistan diasporu, anti-Azərbaycan qüvvələr belə bir bəyanatı ortaya atmaqla Ermənistan və Azərbaycan arasındakı davamlı və daimi sülh prosesinə əngəl törətmək istəyirlər. Amma bu baş tutmayacaq. Azərbaycan 2020- ci il 10 Noyabr üçtərəfli bəyanatında söylənilən bütün müddəaların yerinə yetirilməısini təmin edəcəkdir. Əgər Ermənistan tərəfi hərhansı bir vasitə ilə  bu öhdəçiliyi yerinə yetirməkdən boyun qaçırarsa o zaman Azərbaycan ordusu bu işə qarışa bilər. Zəngəzur dəhlizinin açılmasını, Qarabağdakı qeyri-qanuni silalı birləşmələrinin ordan rədd olub getməsini Azərbaycanla Ermənistan arasındakı sərhədlərin bərpa olunmasını da biz təmin edəcəyik. Cənab İlham Əliyev dediyi kimi ermənilər istəsə bunu xoşla, istəməsə zorla edəcəyik. Ermən iictimaiyyəti də ağlını  başına yığmalıdır. Ruben Vardanyan kimi avantüristlərin fikirlərinə aldanmamalıdır. Əgər Ermənistan bir dövlət olaraq mövcudluğunu qoruyub saxlamaq və erməni xalqı da Cənubi Qafqazda qalıb yaşamaq istfəyirlərsə onların yeganə çıxış yolu bu bölgənin titul dövlətləri olan Türkiyə və Azərbaycanla  əməkdaşlığa getməkdir. Bunu erdəcəklərsə ermənilər öz gələcəklərini xilas etmiş olacaqlar. Etməyəcəklərsə nə Ruben Vardanyan nə də onun kimi düşünən ermənilər nəinki Qarabağada heç bütövlükdə Cənubi Qafqazda izi-tozu qalmayacaq”.

 Günel

Bakupost.az