Azərbaycanlı xanım millət vəkili erməni siyasətçini susdurdu -VİDEO

15 Sentyabr, 15:39

Azərbaycanlı deputat Nigar Arpadarai “Əl-Cəzirə” telekanalının canlı yayımında erməni siyasətçini susdurub.

Voicepress.az xəbər verir ki, millət vəkili erməni siyasətçi ilə dialoq zamanı hazırda yaranmış vəziyyətlə bağlı bunları dilə gətirib: “Ermənistan işğal qurbanı olmayıb. Amma özü uzunmüddətli işğalçı olub. Azərbaycan isə heç vaxt hər hansısa bir ərazini işğal etməyib”.

Erməni siyasətçinin “Siz indi bizim ərazilərimizdəsiniz” ittihamına isə Nigar Arpadarai, “Erməni silahlı birləşmələri indiyə qədər də Azərbaycan ərazisindədir. Onların burada nə işi var? Paşinyan açıq şəkildə bildirib ki, qanunsuz erməni silahlıları Azərbaycan torpaqlarından çıxarılmalıdır. 2 ildir onların bizim ərazilərimizdə nə işi var? Nəinki Azərbaycan, bu istənilən ölkə üçün qəbuledilən haldırmı?”, – deyə Nigar Arpadarai cavab verib.

https://www.facebook.com/watch/?v=755366088859044&t=0