Erməni deputat: “Ermənistan hakimiyyəti Azərbaycanın gündəliyinə uyğun hərəkət edir”

1 Avqust, 10:30

“Azərbaycan sadəcə olaraq Ermənistanın da can atdığı Ermənistan-Azərbaycan danışıqlarının gündəmindən Qarabağ məsələsini çıxarmağa çalışır.”

Voicepress.az xəbər verir ki, bunu Ermənistan mediasına müsahibəsində parlamentin “Mənim şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın məsələni fəal müzakirə etmək lazım olduğu barədə bəyanatını şərh edərkən deyib.

O bildirib ki, hazırkı Ermənistan hökuməti Azərbaycanın gündəliyinə uyğun olaraq hərəkət edir:

“Azərbaycan sadəcə olaraq Artsax məsələsini Ermənistan-Azərbaycan danışıqlarının gündəliyindən çıxarmağa çalışır ki, Ermənistan da buna can atır, çünki Artsaxda baş verən hadisələrlə bağlı müəyyən sosial və humanitar məsələlər istisna olmaqla, Ermənistan hakimiyyəti bu mövzunu Rusiyanın üzərinə qoymağa çalışır, bəyan edir ki, orada sülhməramlı qüvvələr yerləşdirilib və bu, Rusiyanın məsuliyyət sahəsidir. Armen Qriqoryanın bəhs etdiyi ayrıca sənədə – böyük sülh müqaviləsi adlanan sənədə gəlincə, güman edilir ki, Azərbaycan öz problemlərini, yəni prioritetlərini bir paketdə həll etməyə çalışır və bizim üçün prioritet olan mövzular xüsusilə, Artsaxın öz müqəddəratını təyinetmə hüququ ilə bağlı olan məsələlər, Artsaxdakı soydaşlarımızın təhlükəsizliyinin və normal həyatının təmin edilməsi, təbii ki, nə bu hakimiyyət üçün, nə də Azərbaycan üçün prioritet deyil”.

Sülh gündəmini şərh edən Abramyan vurğulayıb ki, reallıqda sülh gündəliyi Artsaxın və Sünik bölgəsinin tam Azərbaycanın nəzarəti altına keçməsini nəzərdə tutur.

\voicepress.az\