Musa Quliyev: “Ermənistan rəhbərliyi hələ də, böyük sülhə hazır deyil”

30 İyul, 16:42

“Ermənistan-Azərbaycan Parlamentləri arasında hər hansısa bir dialoqun və ya iş birliiyinin, yaxud əməkdaşlıq qrupunun olması barədə şayələrin heç bir əsası yoxdur”. Voicepress.az-ın verdiyi xəbərə görə, bu sözləri millət vəkili Musa Quliyev söyləyib.

Onun sözlərinə görə, belə bir iş birliyi yoxdur və belə bir diaqloq yoxdur: “Nə vaxta qədər ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayacaq, nə vaxta qədər ki, sərhədlərin delimitasiya və demorkasiya prosesi bitməyəcəkdir, və böyük sülh sazişi bağlanmayacaqdır, o vaxta qədər Azərbaycan Parlamenti ilə Ermənistan Parlamenti arasında dialoq və əməkdaşlağın olmasından söhbət gedə bilməz. Çünkü biz bir birimizin suverenliyini qarşılıqlı şəkildə tranıyırıqsa, diplomatik əlaqələr qurulursa, o zaman biz parlamentlərarası əlaqələrdən danışa bilərik. Təəsüf ki, Ermənistanda bu yöndə hələ ki, ciddi təşəbbüslər yoxdur. Dəfələrlə bu günə qədər Ermənistan və Azərbaycan arasında istər Rusiyanın aracılığı ilə, istər Avropa İttifaqının aracılığı ilə, görüşlər keçirilmişdir. Ermənistan rəhbərliyi hələ də, böyük sülhə hazır deyil. Ermənistan tərəfi komunikasiyaların açılışını müxtəlif bəhanələrlə ləngidirlər. Eyni zamanda Qarabağ ərazisindən qanunsuz erməni hərbi birləşmələrinin çıxarılması prosesini də əngəlləyirlər. Bütün bunlar inkişaf və davamlı sülh prosesi üçün ciddi maneələrdir. Azərbaycan höküməti tərəfindən vəziyyətin tənzimlənməsi və böyük sülhün realizə olunması üçün beş bənddən ibarət təkliflər verilmişdir. Həmin təkliflər istər Rusiya, istər Avropa İttifaqı öz müsbət münasibətini bildirsə də, Ermənistan tərəfi sözdə bu təklifləri qəbul etsə də, əməldə isə müxtəlif bəhanələrlə bölgədə gərginlik yardırlar. Ermənistanda bir birinə zid qüvvələr, yəni hakimiyyətdə olan Paşinyan və onun tərəfdarları ilə Sərkisyan, Köçəryan və digər revanşist qüvvələr arasında da çox ciddi ziddiyyətlər var. Bu ziddiyyətlər çözülmədiyi üçün də, bu gün Paşinyan rejimi yekun bir qərar verməyə çətinlik çəkir. Amma bu özü özlüyündə Ermənistanı məhvə aparan və Ermənistanı çöküşə aparan bir prosesdir. Azərbaycan və Türkiyənin bölgədə sülhün və əminamanlığın qarantı olduğunu  Ermənistan unutmamalıdır. Bir daha qeyd edirəm ki, böyük sülh prosesi həyata keçmədiyi zamana qədər Ermənistanla heç bir Parlamentlər arası hər hansısa bir dialoqdan söbət gedə bilməz”.