Vüqar İsgəndərov: “Hazırda masada diplomatik savaş davam edir”

15 İyun, 13:19

“Azərbaycan Xarici İşlər Naziri müavini Xələf Xələfovun Azərbaycanın Qazax rayonunun 7 kəndi və Naxçivanın Kərki kəndinin Azərbaycan ərazisi olması və hazırda Ermənistanın işğalı altında olması, eyni zamanda həmin torpaqların Azərbaycana geri qaytarılması ilə bağlı fikirləri birmənalı olaraq, Azərbaycanın hüququ haqqıdır”.

Bu sözləri Voicepress.az-a açıqlamasında millət vəkili Vüqar İsgəndərov söyləyib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası və demorkasiyası zamanı həmin ərazilər Azərbaya geri qaytarılmalıdır: “Həmin ərazilər tarixi faktlara dayanaraq, sovet dövründən əvvəl də, sovet dövrünə də aid xəritələrdə Azərbycan torpağı olarağı olduğunu təsdiqləyir. Ermənistanın eks ombudsmanı öz sosial medya hesabında Qazaxın 7 kəndinin, Naxçivanın Kərki kəndinin heç bir halda Azərbaycana geri verilə bilməyəcəyini yazmış. Bunu isə həmin ərazilərin tarixi Azərbaycan ərazisi olması ilə əsaslandırıb. Və həmin şəxs rəsmi Bakının həmin ərazilərlə bağlı bəyanatının Ermənistan tərəfi üçün qəbul edilməz olduğunu ifadə edib. Göründüyü kimi Ermənistanda hələ də, Türk düşmanı və mərkirli, işğalçı təfəkkürə sahib insanlar var. İllərdir Ermənistan belə qeyri adekvat və əsassız iddialarla istənilən uydurma fikirlər söyləyirlər. Amma 44 günlük Qarabağ müharibəsi zamanı Azərbaycanın müzəffər ordusu, Cənab Prezident İlham Əliyevin beynəlxalq mətbuata faktlara əsaslanaraq verdiyi mükəmməl açıqlamalar rəsmi İrəvanın “uydurma Ermənistan tarixi əzbərini” darmadağın etdi. Qeyd etmək istəyirəm ki, hazırda masada diplomatik savaş davam edir. Və bu savaşda diktə edən tərəf Azərbaycandır.
Azərbaycanın tək bir hədəfi var. O da ilk nöcbədə bir qarış torpağını Ermənistana güzəştə getməmək şərti ilə, bölgədə davamlı sülh və əminamanlığı təmin etməkdir! Bu prinsip də birmənalı olaraq beynəlxalq hüquq normalarına uyğundur və bugün mövcud siyasi müstəvidə Azərbycanın regionda sülhün təminatçısı və qarantı olması dünya ictimaiyyəti tərəfindən qəbul olunmuş faktordur”.

Ülkər Fərmanqızı \voicepress.az\