İrəvan sakini: “İrəvan da Qarabağ kimi mütləq Azərbaycan olacaq”

8 İyun, 11:50

“Paşinyana qalsa, İrəvan da Azərbaycan olacaq”.

Voicepress.az xəbər verir ki, bunu “Müqavimət Hərəkatı”nın iyunun 7-də keçirilən yürüşü zamanı 6-aylıq körpəsi ilə etiraz aksiyasında iştirak edən etirazçı qadın söyləyib.

Qarabağdan olduğunu bildirən etirazçı qeyd edib ki, iyunun 3-də mitinqə 6 aylıq körpəsi ilə qatılıb: “

“Mən Qarabağ və Ermənistan üçün mübarizə aparırıam. Satqın getsin. İyunun 3-də aksiyaya 6 aylıq körpəmlə qatılmışdı. Birinci qumbara partlayanda mən hüquq-mühafizə orqanının əməkdaşının türk olduğunu dedim. Ondan sonra polislərdən biri qucağmda körpə olmasına baxmayaraq məni döymək üçün üstümə hücum etdi”.

İrəvanın da təhlükə altında olduğunu deyən etirazçı hamını mübarizəyə qoşulmağa çağırıb. “Paşinyana qulaq asmayın, İrəvanın Azərbaycan olduğunu deyən Əliyevə qulaq asın. Əgər Əliyev belə deyirsə, deməli İrəvan da Qarabağ kimi mütləq Azərbaycan olacaq. Mən özüm də Qarabağdanam. Bir gün Qarabağı itirəcəyimizə heç vaxt inanmazdıq. Amma bu gün məğlub olduq. Qarabağ yoxdursa, Ermənistan da yoxdur. Paşinyana qalsa, İrəvan da  Azərbaycan olacaq” deyə gənc qadın sözlərini  yekunlaşdırıb.

\voicepressaz.\