Hillari Klinton: “Putin mənə çox seksist davranıb”

23 İyun, 16:06

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Rusiya prezidenti Vladimir Putini seksizmdə ittiham edib.

 Voicepress.az xəbər verir ki, ABŞ-ın keçmiş dövlət katibi və keçmiş ABŞ prezidenti Donald Trampa qarşı namizədlik yarışına qatılan Hillari Klintondan illər sonra Putinlə bağlı etiraf  gəlib.

“Financial Times” qəzetinin xəbərinə görə, Klinton 2010-cu ildə Rusiya prezidenti Vladimir Putinlə görüşündən bəhs edib və Putinin ona qarşı seksist yanaşmasından danışıb.

Klinton Putinin rəsmi görüş zaman onu “təhqir etdiyini deyib:  “O, mənə qarşı çox seksist davranıb” deyə əlavə edib.

Putinin maraqlı bir insan olduğunu qeyd edən Klinton, “Ölkəmizdə təkbətək faydalı söhbətlərimiz oldu. Sonradan mətbuat konfranslarında mənim yanımda olanda belə ABŞ haqqında təhqiramiz sözlər işlədirdi. Nyu-Yorkda metrolarda kişilərin yayılaraq oturması nəticəsində meydana çıxan “manspreading” deyilən bir söz var.Putinlə hər dəfə görüşəndə ​​məhz bunu hiss edirdim” deyə Klinton vurğulayıb.

\voicepress.az\