Erməni səfir: “İstəsək də, istəməsək də Ermənistan uduzub”

8 İyun, 10:25

“İrəvan Brüssel və Moskvada lazım gələrsə Ankara və Bakı ilə əməkdaşlıq edəcək”.

Voivepress.az xəbər verir ki, bunu fövqəladə və səlahiyyətli səfir, Artsaxın keçmiş xarici işlər naziri Arman Melikyan bildirib.

“Bu, 44 günlük müharibədə məğlubiyyətin bilavasitə nəticəsidir. Buna uyğun olaraq indiki Ermənistan hakimiyyəti nəinki Ermənistanın maraqlarını qorumaq, hətta onları aydın şəkildə formalaşdırmaq iqtidarında deyil. İstəsək də, istəməsək də Ermənistan uduzub. Onun dövlətçiliyi. Onun əldə edilməsi isə qeyri-standart yanaşmalar tələb edir. Bunu nə hakimiyyət, nə də etirazçı müxalifət göstərmir” deyə Melikyan vurğulayıb.

Diplomatın fikrincə, nəticədə Qarabağın gələcəyi geosiyasi hadisələr kontekstində Ermənistan hakimiyyətinin davranışından asılıdır: “Baş nazir Paşinyanın sükan arxasında özünü qoruyub saxlamağa üstünlük verməsi fonunda, hakimiyyətin Ermənistan və Qarabağın təhlükəsizliyinin təmin edilməsi istiqamətində hərəkətləri, problemin həlli uzunmüddətli strategiyalar tələb edərkən ən yaxşı halda qısamüddətli perspektivə hesablanıb”.

Melikyanın fikrincə, Ermənistan Türkiyə və Azərbaycanın güclü təzyiqinə məruz qalıb: “Açıq şəkildə bəlli edilən maraqları və buna uyğun gündəmin olmadan, ancaq delimitasiya və demarkasiya prosesləri bəhanəsi ilə zamanla oynanılır. Bütün bunlar ona gətirib çıxarır ki, İrəvan mövcud vaxtdan müvafiq strategiya hazırlamaq üçün istifadə etmək əvəzinə, Artsaxa dəstək üçün sosial proqramların həyata keçirilməsindən danışmaqla məhdudlaşır.

“Çarlz Mişelin “Qarabağın etnik əhalisinin hüquqları” ilə bağlı Brüsseldən sonrakı bəyanatı göstərir ki, Qarabağın öz müqəddəratını təyinetmə və suverenliyi məsələsi sadəcə olaraq siyasi gündəmdən çıxarılıb.  Uzun sözün qısası, Ermənistan və Qarabağ bu gün 90-cı illərin əvvəllərindən də pis vəziyyətdədir” deyə diplomat sözlərini yekunlaşdırıb.

Günel Musa\voicepress.az\