Düşmən cəbhəsindəki uşaqları xilas etmək üçün həbsi belə gözə alan qadın

1 İyun, 10:57

 Bu gün 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür.

1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

Müharibə milyonlarla uşağın gündəlik həyatının bir hissəsidir. Bəziləri başqa həyat tərzi tanımır, bəzilərinin dünyası müharibələrin yaranması ilə alt-üst olur. Müharibə saysız-hesabsız uşağın həlakına, çoxunun əlil, yetim qalmasına səbəb olur. Çoxları aclıqdan ölür, öz alışdıqları həyatlarından ayrılıb, qaçqın, köçkün kimi yollara düşməyə məcbur olur. Bir çox uşaq zorakılıq, qorxu və çətinlik mühitində travma yaşayır.

“Bütün müharibələr uşaqlara qarşı aparılan müharibədir” bu möhtəşəm sözün müəllifi isə uşaqları xilas etməyə başlayan və ömrünü uşaqların müdafiəsinə həsr edən qadın Eglantayn Gebb aiddir.

Bir əsr əvvəl, 1919-cu ildə “Save the Children” (Uşaqları xilas edin”) təşkilatını quran qadın, dünyanın ən intellektli insanlarından biri sayılan Eglantayn Gebb sosial islahatçı və keçmiş müəllim idi. Gebb, Almaniya və Avstriya kimi düşmən ölkələrdə aclıq çəkən uşaqların qəzetlərdə dərc olunana fotoşəkillərdən dəhşətə gəlirdi. O uşaqlar müttəfiq qoşunlarının blokadaları səbəbindən ərazaq və tibbi ləvazimatların onlara çatmasına imkan vermədiyi üçün ac qalmışdı. Gebb, bu uşaqlara qida və tibbi ləvazimat almaq üçün çalışan “Qıtlıqla Mübarizə Şurası”na qoşulur və Trafalqar meydanında aclıqdan sümükləri çıxan ac, köməksiz uşaqların şəkili çap olunmuş vərəqləri insanlara paylayır. O vərəqləri paylayarkən bu sözləri deyirdi: “Bizim blokadamız buna səbəb olub. Milyonlarla uşaq aclıqdan ölür. Uşaq çətin vəziyyətdəirlər və ilk yardım almalıdır.”

Yoldan keçən insanlar narahatlıq doğuran o vərəqləri görməmək üçün üzlərini çevirirdilər.  Lakin Eglantayn inadla bu işə davam edirdi. Həmin gün Gebbin bu inadı onun həbsinə səbəb olur və bu hərəkətinə görə cərimələnir. Lakin hakim Eglantaynın uşaqlara olan bağlılığından o qədər təsirlənir ki, öz hərəkətindən peşman olub Gebbə cərimə ödəyir. Onun pulu “Save the Children” təşkilatına edilən ilk ianə olur.

İki il sonra” Save the Children” müharibədən əziyyət çəkən Avropadan kənardakı uşaqların həyatında dəyişiklik yaradır. Rusiya siyasi və vətəndaş iğtişaşları, qidanı effektiv şəkildə paylaya bilməyən dəmir yolu sistemi səbəbindən aclıq yaşayırdı. Milyonlarla uşaq ölürdü. 1921-ci ilin payızında Eglantine və “Save the Children” Rusiyaya 600 ton ərzaq və tibbi ləvazimat daşımaq üçün “SS Torcello” adlı yük gəmisini icarəyə götürdü. Bu, yüz minlərlə insanın həyatını xilas edən beynəlxalq danışıqların təsirli uğuru idi.

Bir neçə il sonra 1924-cü ildə Cenevrədə keçirilən Millətlər Liqasının konvensiyasında Eqlantayn bütün dünya liderlərinə Uşaq Hüquqları Bəyannaməsini təqdim edir. Onun yazdığı bu qısa, lakin aydın sənəd  hər bir uşağın insan hüquqları olduğuna inandığı şeyi təsdiqləyirdi. “Unudulmuş” uşaqların xüsusilə xatırlanmasının vacibliyini, hüquqların olduğunu  vurğulayaraq, “Ac uşağa yemək verilməli, xəstə uşağı müalicə etdirməli, köməksiz uşağa kömək göstərilməlidir, cinayət törədən uşağa kömək edilməlidir. Onlar yenidən qazanılmalıdır. Yetimə və kimsəsizə sığınacaq verilməli və kömək göstərilməlidir”. Bəyannamə bir il sonra qəbul edilir və 1959-cu ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən genişləndirilir. Bəyannamə daha sonra insan hüquqlarına dair mühüm müqavilə olan 1989-cu il BMT-nin Uşaq Hüquqları Konvensiyasına ilham verir.

İndi, aradan 100 ildən çox vaxt keçsə də, Gebbin irsi davam edir.

Günel Musa\voicepress.az\