Çin prezidentindən xəbərdarlıq: “Qərbin sanksiyaları “ikiağızlı qılınca” çevrilə bilər”

24 İyun, 11:00

Çin prezidenti Xi Jinping Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan ibarət BRİKS qrupunun sammitində Qərbin sanksiya siyasətlərini tənqid edərək, sanksiyaların bumeranqa çevrilə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Voicepress.az xəbər verir ki, Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan ibarət BRİKS qrupunun sammiti Rusiyanın Ukraynaya hücumu nəticəsində yaranan Qərb və Şərq arasında qütbləşmə ilə yadda qalıb.

Sammitin açılışında çıxış edən Çin Sədri Si Cinpin dünyada “birtərəfli sanksiyalara və bəzi ölkələrin siyasi və hərbi güclərini saxlamaq cəhdlərinə” qarşı çıxılmalı olduğunu, dünyada öz iqtisadi təsirlərindən istifadə edərək BRİKS ölkələrini məsuliyyəti öz üzərinə götürmək, bərabərlik, ədalət və həqiqi mənada çoxtərəfli beynəlxalq sistem üçün çalışmağa çağırıb.

“Sanksiyalar bumeranqlara çevrilə bilər”

Xi Jinping çıxışında həmçinin ölkələri “soyuq müharibə zehniyyətini, birtərəfli sanksiyaları və sanksiyalardan sui-istifadəni rədd etməyə” çağırıb. Çin lideri xəbərdarlıq edib ki, qlobal iqtisadi meyllər və maliyyə axınlarının “siyasiləşməsi, mexanizmi və silahlanması” sanksiyaları “bumeranqa”ya, “iki ağızlı qılınc”a çevirə bilər.

Dünən verdiyi açıqlamada Xi, Qərbin və NATO-nun siyasətini tənqid edərək, “Dövlətlərin öz güclərinə kor-koranə inanaraq, hərbi ittifaqlarını genişləndirməsi və başqalarının hesabına öz təhlükəsizliyini təmin etməyə çalışması onları bəlaya salacaq” deyib. Xi deyib ki, beynəlxalq ictimaiyyət hegemonluq və güc yönümlü siyasətlərə qarşı durmaqda yekdil olmalıdır.

Qeyd edək ki, fevralın 24-də Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ABŞ başda olmaqla Qərb ölkələri Moskvaya qarşı sərt sanksiyalar tətbiq etmişdi.

2009-cu ildən bəri hər il keçirilən BRİKS sammitinə bu il Çinin ev sahibliyi etməsi planlaşdırılırdı. Çində ciddi pandemiya məhdudiyyətləri səbəbindən sammit telekörpü ilə keçirilib.

BRİKS üzvləri Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı əvvəldən sərt mövqe tutmaqdan çəkinmişdilər. Rusiyanın Ukraynaya hücumu ilə bağlı əvvəldən “işğal” sözünü işlətməkdən çəkinən Çin, hər fürsətdə Moskvaya qarşı sanksiyaları tənqid edərkən, Cənubi Afrika BMT-nin Rusiyanı qınamaq qərarından çəkindi. Hindistan da Rusiyadan güzəştli qiymətlərlə külli miqdarda neft alır.

Çin BRİKS qrupunu dünyada ABŞ-ın rəhbərlik etdiyi nizama qarşı tarazlıq yaradacaq bir ittifaq kimi görür.

Sammitdə çıxış edən Rusiya prezidenti Vladimir Putin də Qərbi günahlandırıb və iştirakçı ölkələri “Qərbin eqoist hərəkətlərinə” qarşı əməkdaşlığa çağırıb. “Yalnız vicdanlı və qarşılıqlı faydalı əməkdaşlıq əsasında bəzi ölkələrin qlobal iqtisadiyyatda düşünülməmiş və eqoist hərəkətləri nəticəsində yaranmış böhrandan çıxış yolu tapa bilərik”, – deyə Putin bildirib.

“Hökumətlərarası münasibətlərdə həqiqətən çoxtərəfli sistemin qurulması üçün birləşdirici və müsbət marşrutun yaradılmasında” BRİKS ölkələrinin rəhbərliyinə ehtiyac olduğunu vurğulayan Putin deyib ki, “Asiya, Afrika və Latın Amerikasından bir çox dövlətlər, hansı ki, onları həyata keçirməyə çalışırlar. Müstəqil siyasətləri dəstəkləməyə hazırıq.”

Sammitdən sonra Kremlin internet saytında dərc olunan birgə bəyanatda BRİKS ölkələrinin Rusiya ilə Ukrayna arasında aparılan danışıqları dəstəklədiyi vurğulanıb.

\voicepress.az\