Cənubi Koreya Yapon dənizinə səkkiz raket atıb

6 İyun, 15:40

Koreya Respublikası və ABŞ Pxenyanın bir gün öncə həyata keçirdiyi raket təlimlərinə cavab olaraq Yapon dənizi istiqamətinə səkkiz raket atıb.

Voicepress.az xarici mənbələrə istinadən xəbər veriri ki,  Cənubi Koreyanın Baş qərargahının məlumatına görə, ATACMS raketləri bu gün yerli vaxtla saat 04:45-də ölkənin şərqindəki Kanvon əyalətindən buraxılıb.

Bir müddət öncə Cənubi Koreya tərəfi Pxenyanın hərbi təxribatlarına Seulun “lazımi” cavab verəcəyi barədə xəbərdarlıq etmişdi.

Qeyd edək ki, KXDR iyunun 5-də – Cənubi Koreya və ABŞ Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə keçirilən təlimlərdən bir həftə sonra dörd müxtəlif bölgədən Yapon dənizi istiqamətinə səkkiz qısa mənzilli ballistik raket atmışdı.

\voicepressaz.\