15 yaşlı yeniyetmə Rusiya ordusunu Kiyevdən necə uzaqlaşdırdı?

8 İyun, 11:14

Rusiya-Ukrayna müharibəsi  bir daha texnologiyanın müharibənin gedişatına necə təsir edə biləcəyini göstərdi. Öz pilotsuz təyyarəsi ilə Kiyevə yaxınlaşan rus tanklarının yerini müəyyən edib zərərsizləşdirən 15 yaşlı yeniyetmə bu vəziyyətin son nümunəsidir.

 Voicepress.az Global News-a istinadən xəbər verir ki,  Kiyev yaxınlığında yaşayan 15 yaşlı Andriy Pokrasa Kiyev və Jitomir arasındakı  E40 şossesi ilə hərəkət edən konvoyu tapmaq üçün hərbçilərlə əlaqə saxlayıb. O, hərbçilərə rus qüvələrini şəhərdən uzaqlaşdırmaqda onlara kömək etmək istədiyini söyləyib. Hərbçilər Pokrasanın kömək istəyinə müsbət yanaşıblar.

Pokrasa dronunu qaranlıqda yaxınlıqdakı əraziyə göndərərərk, yaxınlaşan konvoyun şəkillərini və GPS koordinatlarını çəkməyə nail olub. Atasının köməyi ilə əldə etdikləri şəkilləri sosial şəbəkə vasitəsilə Ukrayna ordusuna çatdırıb. Bir neçə dəqiqə sonra Ukrayna artilleriyası Berezivka Kiyev şəhər mərkəzindən təxminən 40 km aralıdakı rus qüvvələrini məhv edib.

Gəncin metodu o qədər uğurlu olub ki, hərbçilər Pokrosa daha uzun mənzilli daha yüksək mənzilli pilotsuz uçan aparatın idarəetməsini verərək Rusiyanın bir neçə tank bölməsini və zirehli texnikasını məhv edib.

\voicepress.az\