11 yaşlı nəvəsinin ağacdan yıxılıb öldüyünü deyən nənə ifşa olundu – Uşaq sağ imiş

17 İyun, 21:25

 

2 gündür güya, nəvəsinin Bərdədə klinikaların birində ölməyi ilə bağlı saxta  informasiya verən nənə və onun ailəsi ifşa olundu.

Voicepress.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanlı məlumat paylaşıb. O, qeyd edib ki, 11 yaşlı uşağ  sağ-salamatdır, ata və anasının yanındadır. Halbuki nənə uşağın hər iki valideynin vəfat etdiyini söyləmişdi:

“Nənə uşağın artıq dəfn olunduğunu da deyirdi və məsələnin araşdırılmasını israrla istəmirdi. Yəqin azyaşlının əməliyatı üçün yığdığı vəsaiti də bununla  unutdurmaq istəyirmiş.Özünü yazıq biri kimi təqdim edən qadın,sadəcə dilənçiliyi,insanları aldadaraq yetimdir deyib,pul dilənməyi özünə peşə seçibmiş. Həyətlərində 2 evləri və maşınları da var.

Jurnalist dostlarımız Hebibe Abdulla və Vəfa Sərdarın vaxtında bizə verdiyi məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən araşdırıldı və  həqiqət üzə çıxdı.

İndi nənə bu əməlinə görə qanun qarşısında cavab verəcək”.

\voicepress.az\