“Ermənistan hakimiyyəti dövlət maraqlarına deyil, xarici dairələrin maraqlarına xidmət edir”
Bunu Voicepress.az- a açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.
Onun sözlərinə görə, bu gün Ermənistan hakimiyyəti dövlət maraqlarına deyil, xarici dairələrin maraqlarına xidmət edir: “Nəticə etibarilə ölkə daxili siyasi vəziyyət hər gün bir az daha dərinləşir. İllərdir erməni xalqı şovinizm duyğuları və məkirli siyasi ambisiyalara xidmət edən Azərbaycanafobi ilə zəhərlənmişdir. Bu gün onlardan barış, sülh və siyasi sabitlik, əminamanlıq kimi məsələlərin dərk edilməsini və öz mövqelərini dəyişmələrini istəmək olduqca çətin məsələdir. Düşünün rəsmi İrəvan öz siyasi mövqeyini, əqidəsini Azərbaycana və Türkiyəyə qarşı düşmənçilik pozisiyasını dəyişir və illərdir erməni xalqını zəhərlədiyi öz məkirli siyasi xəttini bir növ inkar edir. Təbii ki, erməni xalqı da bu rəsmi İrəvanın bu qeyri adekvat siyasətinə və dövlət idarəçiliyinə etiraz edəcək. Ermənistan bu gün bir məsələni anlamalıdır, Azərbaycana və Türkiyəyə qarşı düşmənçilik pozisiyasını sadəcə siyasi qərarlarla dəyişmək mümkün deyil. Erməni xalqı bugünkü reallığı anlamalıdır. Bunun üçün illərdir şovinizm düşüncə ilə zəhərlənmiş xalq sülh, əminamanlıq, barış, rifah içində yaşamaq imkanlarının nə demək olması ilə bağlı erməni xalqınının marifləndirməsinə ehtiyac var. Əks halda əsirlərdir Türklərin, Azərbaycanlıların etnik təmizlənməsini aparan Ermənistanda xalq hələ uzun zaman sülh və barışın onlara necə bir həyat verə biləcəyindən xəbərsiz olacaq…
Bu gün onu da qeyd etməliyik ki, Ermənistan hakimiyyəti təzyiq altındadır. Ölkə daxilində radikal mövqeli siyasi dairələr, ölkə xaricində isə erməni diasporasının təzyiqləri var. Düşünürəm ki, rəsmi İrəvanın bu vəziyyətdən tək çıxış yolu Azərbaycan və Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması ilə baş verə bilər. Belə ki, sadəcə iki ölkə ilə münasibətlərin yaxşılaşdırılması ilə Ermənistanın Rusiyadan asılacağı qurtaracaq və iqtisadi baxımdan ölkənin rifahını yaxşılaşdırma imkanları əldə edəcək ki, bu da ölkədəki mövcud radikal təzyiqlərə rəğmən erməni xalqının hakim dairənin ətrafında birləşməsinə təkan verə bilər”.
Günel Musa \voicepress.az\








