Paşinyanın “Dağlıq Qarabağ Respublikasının” statusu ilə bağlı iddiaların əsassız olması ilə bağlı bəyanatı…

7 May, 04:26

Ermənistanda etirazlar səngimək bilmir.

Voicepress.az-ın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, Paşinyanın əleyhdarları Ermənistan Xarici İşlər Nazirliyinin binasına Erməni xülyasını simvolizə edən “Dağlıq Qarabağın bayrağını” asıblar.

Xatırladaq ki, Aprelin 25-dən etibarən Ermənistan müxalifəti bütün Ermənistanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir. Onlar hesab edirlər ki, hakimiyyətin hərəkətləri ölkə üçün, Xankəndindəki ermənilər üçün dağıdıcıdır.  Və bu faktor Ermənistanın dövlətçiliyini itirməklə nəticələnə bilər…

Qeyd edək ki, Paşinyanın beynəlxalq ictimaiyyət qarşısında  Ermənistanı tanınmamış Dağlıq Qarabağ Respublikasının statusu ilə bağlı iddialarının əsassız olması ilə bağlı  bəyanatı ilə əlaqədar İrəvanda silsilə mitinqlərə səbəb olub.

\voicepress.az\

 

 

/Voicepress.az/