Litvalı jurnalisitin Qarabağ gündəliyi: “Biz hər gün qətlə yetirilən insanlara lazım idik”- Foto

13 May, 13:57

Əziz oxucular bu gündən etibarən Voicepress.az-da “Litvalı jurnalistin Qarabağ gündəliyi” adlı rubrikaya start verilir. Rubrikada Litvanın tanınmış fotoqrafı və müharibə müxbiri Riçads Lapaitisin Birinci Qarabağ Müharibəsinə aid xatirələri və çəkdiyi fotoları yer alacaq.

Gəncə, 1993 cu ilin yay ayı. Qarabağa növbəti səfərdən sonra. Sol tərəfdə Xocalı dəhşətlərini lentə alan tanınmış jurnalist İlqar Cəfərovdur.

Bu rəsmlərdə baxdığımda, yeni həmin o uzaq tarixi zamanda bizim hər Qarabağa səfərimiz son səfərimizin ola biləcəyini düşünəndə, hər şey yenidən gözümün önündə canlanır! O zaman biz necə də arıq və gənc idik. Əslində biz o vaxtı harda nə gəldi yeyirdik. Bu haqda hətta heç düşünmürdüm. İndi heç kəs bizim o vaxtı necə bir mühitdən keçdiyimiz təsəvvür belə edə bilməz. Geri dönüşü olmayan bilet almağa bənzəyirdi! Mən əslində həmişə biletimi elə də alırdım. Vilnus-Moskva- Bakı. Zahirən baxanda heç kim deyə bilməzdi ki, biz o vaxtı beynəlxalq terrorçulara, sovet hərbiçilərinə, erməni cinayətkarlarına, etnik təmizləmədə, Qarabağda insanlığa qarşı cinayət törədən hər kəsə meydan oxuyurduq. Həyat asan deyildi. Amma biz hansı yola baş vurduğumuzun fərqindəydik. Bizə o zaman bunun üçün heç quru təşəkkür də edən olmadı. Hətta elədiklərimizin qarşılığında bizim haqqımızda kimsə ciddi danışmayanda sevinirdik.

Bir sözlə biz o vaxtı heç kəsə lazım olmayan insanlar idik. Eyni zamanda biz hər gün qətlə yetirilən insanlara lazım idik. Bizim tarix üçün əhəmiyyətli olduğumuzu heç kəs anlamırdı. Biz sadəcə hərbi jurnalistika sahəsində öz vəzifə borcunuzu yerinə yetirmirdik. Biz sözün əsl mənasında ölümə gedirdik. Görünür, göylərdə hələ də bizim bu ədalətsiz dünyada yaşamağımızı istəyiblər.

“Səhər”- 1992 ci ilin iyul ayı, kiçik bir qəzet. Mənim çox böyük olmayan, amma bir şəkildə Qarabağda baş verən reallığı əks etdirən qəzetlər xoşuma gəlirdi. Keçmişdən sadəcə bir an. Onlar sanki boğazımda udqunmağıma bir maneə kimi ilişib qalıb. Elə bir zaman idi ki, bizi sadəcə bu yolu qət edənlər anlayar!