Lavrov: “ABŞ tərəfindən maliyyələşdirilən biolaboratoriyalar Ermənistan, Qazaxıstan və Mərkəzi Asiya ölkələrində yerləşir”

27 May, 10:11

“ABŞ tərəfindən maliyyələşdirilən bioloji laboratoriyalar Ermənistan, Qazaxıstan və Mərkəzi Asiya ölkələrində yerləşir, Moskva bu problemi qonşuları ilə həm ikitərəfli əsasda, həm də KTMT vasitəsilə müzakirə edir“.

Voicepress.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RT Arabic” telekanalına müsahibəsində deyib.

“Biz bu ölkələrlə ikitərəfli əsasda və KTMT vasitəsilə bu problemləri nəzərdən keçiririk. Demək olar ki, bütün KTMT ölkələri və digər MDB ölkələri ilə ölkəmizdə bioloji proqramların necə inkişaf etdiyinə dair qarşılıqlı məlumatları özündə əks etdirən bioloji təhlükəsizlik üzrə əməkdaşlıq memorandumları bağlayırıq.

Şəffaflıq vacibdir. Çünki bu proqramların hərbi ölçüyə malik olması Konvensiya ilə qadağandır. Bu memorandumlar qarşılıqlı səfərləri və laboratoriyaların fəaliyyəti ilə tanışlığı nəzərdə tutur. Bundan əlavə, tərəfdaşlarımızın bioloji obyektlərində heç bir üçüncü tərəfin hərbi nümayəndələri olmamalıdır”.

\voicepress.az\