Ermənistanın “Hayastan” və “Mənim şərəfim” pariyaları öz gündəliyi üzrə parlamentin iclasının keçirilməsi təşəbbüsü ilə çıxış ediblər.
Voicepress.az Ermənistan mediasına istinadən xəbər verir ki, müxalif Ermənistan fraksiyasının lideri İşaxan Sağetalyan Ermənistanın baş naziri Nikol Paşinyanı onların tərtib etdiyi bəyanata qol çəkməyə səsləyib:
“Biz tələb edirik ki, parlament Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri ilə bağlı bəyanatı təsdiqləsin. Əgər Əliyevdən qorxmursansa, gəl iclasa, bəyanata imza at. Bunlar bizim qırmızı xəttimizdir”
Daha sonra İşxan Sağetalyan bəyanatın mətnini oxuyub:
- Ermənistan Artsax xalqının öz müqəddəratını təyinetmə və beynəlxalq səviyyədə tanınma hüququnun tam həyata keçirilməsini dəstəkləyəcək. Ermənistan üçün Qarabağ münaqişəsinin həllinin istənilən yekun variantı qəbuledilməzdir, bunun nəticəsində Qarabağ Azərbaycanın bir hissəsi ola bilər.
- Ermənistanla Qarabağın anklav mövqeyi istisna olmaqla, etibarlı quru əlaqəsi təmin edilməlidir.
- Ermənistan Qarabağ xalqının və onların öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsinin təminatçısıdır.
- Ermənistanla sərhədin delimitasiyası və demarkasiyası üzrə işlər humanitar məsələlərin həlli, erməni hərbi əsirlərin və məhbusların qaytarılması və Azərbaycan qoşunlarının Ermənistanın suveren ərazisindən çıxarılması ilkin şərtlə aparılmalıdır.
- Sərhədin delimitasiyası və demarkasiyası nəticəsində Ermənistanın ərazi bütövlüyünün pozulması istisna edilməlidir.
- Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesində Ermənistan Erməni Soyqırımı və erməni xalqının öz vətənindən məhrum edilməsi faktlarını şübhə altına alacaq istənilən sazişi istisna edir.
- Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması bir-biri ilə əlaqəli deyil, Azərbaycan və Türkiyə ilə kommunikasiyaların blokunun açılması “dəhliz” məntiqi ilə həyata keçirilə bilməz.








