İrəvanda əhali Paşinyan hökumətinin istefasını tələb edir – Növbəti aksiya başlayıb

18 May, 12:20

Bu gün  səhər saat 8:00-dan İrəvanda vətəndaşlar Nikol Paşinyan hökumətinin istefası tələbi ilə müqavimət aksiyasına başlayıb.

Voicepress.az Ermənistan mediasına istinadən xəbər verir ki, hazırda İrəvanda onlarla küçə bağlanıb. Polis küçələrdə hərəkəti bərpa etməyə çalışır.  Ermənistan parlamentinin müxalifətçi vitse-spikeri İşxan Saqatelyan öz Facebook səhifəsində əhalini aksiya içtirakçılarına qoşulmağa səsləyib:

“Küçələrə çıxın, bacı-qardaşlarınıza qoşulun. Artıq dünən göstərdik ki, bu taktika işləyir. Bu gün biz səylərimizi ikiqat, üçqat artırırıq, qələbə yaxındır”.

Qeyd edək ki, mayın 2-dən  Ermənistanda Paşinyanın istefasıı tələb edən aksiyalar keçirilir.

\voicepress.az\