İkinci Dünya Müharibəsinin başladığı xəbərini verən ilk jurnalist – Fotolar

9 May, 16:26

Alman ordularının Polşaya daxil olduğunu görən və müharibənin başlandığı xəbərini verən ilk jurnalist kim idi?

1911-ci ildə Lesterin cənub ətrafında, Honk Konqda, Daisy və Albert Hollinqvortun ailəsində dünyaya gəlib. Birinci Dünya Müharibəsi zamanı atası babasıəndan qalma ayaqqabı fabrikinin idarəçiliyini öz üzərinə götürdüyü üçün ailə Şepşed yaxınlığındakı fermaya köçmək məcburiyyətində qalır. Kler uşaqlıqdan jurnalist olmağa həvəs göstərsə də anası onun bu fikiri dəstəkləmirdi. Ancaq Kler anasının etirazlarına rəğmən bu arzusunun ardınca getməyi qarşısına məqsəd qoyur. Atası ilə İngiltərə və Fransadakı tarixi döyüş meydanlarını ziyarət edən Klerin ürəyində müharibə müxbiri olmaq həvəsi baş qaldırır. Məktəbi bitirdikdən sonra o, Lesterdəki yerli elm kollecində oxusa da o bu kolleci bəyənməir və öz arzusunun ardınca gedir.

1939-cu ildə Alman ordularının Polşaya daxil olmasını işıqlandıran Kler Hollinqvort o illərdə Vyetnamda müharibə müxbiri kimi fəaliyyət göstərirdi.

İkinci Dünya Müharibəsinin başlanılması xəbərini verməsi Kler Hollinqvortun jurnalistika karyerasında dönüş nöqtəsi oldu. O, 1939-cu il sentyabrın 1-də alman qoşunlarının Polşaya daxil olduğunu və bununla da II Dünya Müharibəsinin başladığını dünyaya ilk çatdıran jurnalist olaraq tarixə düşür.

O vaxt Klerin cəmi  27 yaşı var idi və müharibə gedən bütün cəbhələrdə baş verənləri işıqlandırırdı.

 

Kler Hollinqvortun böyük qardaşının oğlu yazıçı Patrick Garrett onun maraqlı həyatı haqqında “Tale və Müharibə: Kler Hollinqvort, qadın müharibə müxbirlərindən birincisi” adlı kitabda Polşaya göndərildikdən sonra Hollinqvortun yaşadıqlarını belə ifadə edirdi: “İşğaldan bir neçə gün əvvəl Kler Alman tanklarının sərhəddə kəşfiyyat apardığını gördü. Avqustun 29-da “Daily Telegraph” üçün qələmə aldığı ilk məlumatda o, “1000 tank Polşa sərhədindədir və 10 diviziya hücum əmrini gözləyir” sözlərini yazırdı. Hücum başlayanda, yəbi 1939-cu il sentyabrın 1-də Kler Katovitsedə idi. O, bombaların gurultusuna və zenit atəşinin səsinə oyanır.  Polyaklar əvvəlcə hərbi təlim keçirildiyini güman edirdilər. Kler dərhal redaktoruna zəng edir. Redaktor isə məlumat almaq üçün Polşa Xarici İşlər Nazirliyinə zəng vurur. Beləliklə Klerin sayəsində Nazirlik Polşaya hücum xəbərini ilk mətbuatdan öyrənmiş olur. Almaniyanın Polşaya hücum xəbərini əvvəlcə təkzib edən Nazirlik, telefon danışığı davam edərkən Varşavadan gələn həyəcan siqnallarını eşidilir. Beləlikıə də varşavalılar başa düşürlər ki, müharibə başlayır. Klare elə bilirdi ki, həyəcan siqnalları səhvən işə düşüb, çünki günlərdir hərbi təlimlər haqqında xəbər dolaşırdı. O, əvvəlcə qəzetin xüsusi buraxılışını çap edib-etməyəcəyi barədə düşündü. Sonrakı illərdə o, müharibənin insani və faciəvi ölçüsünü tam dərk edə bilmədiyi üçün çox kədərləndiyini söylədi. Kler yalnız Böyük Britaniya müharibəyə daxil olduqda baş verənlərin əhəmiyyətini anladı. Yaşadığı evin uçub-dağılacağı haqqında düşünürdü və bu onu kədərləndirirdi”.

Patrick Garrett reportyorluq kariyerası boyu saysız-hesabsız müharibələr görmüş Kler Hollinqvortun jurnalistika karyerasına ən çox təsir edən hadisəni belə təsvir edirdi: “Polşanın işğalı onun həyatını dəyişdi. Klerin güclü xarakterə malik qadın idi. O, baş verənlərlə maraqlanırdı, hadisələri hamıdan əvvəl bilmək istəyirdi və xəbərləri qaçırmaqdan çox qorxurdu. Hətta küçədə rastlaşdığı yad adamlardan gördüklərini və eşitdiklərini soruşurdu. Bu vərdiş onda psixi nevroza səbəb olmuşdu. Bu gün də sınacağı qorxusundan mobil telefonunu tez-tez yoxlayır.  O, internetin əhəmiyyətini çoxumuzdan əvvəl dərk edirdi. Buna görə də 1980-ci illərdə o, internet xəbər saytlarının daimi üzvü olmuşdu. Lakin Kler müasir kommunikasiya texnologiyalarından tam istifadə edə bilməyib. İlk kompüterini alanda görmə qabiliyyəti xeyli zəifləmişdi çətinliklə görürdü və ekrandakı mətni oxuya bilmirdi. Dünyaya bir az gec gəlsəydi, şübhəsiz ki, Twitter aludəçisi olardı”.

Müəllifin qardaşı oğlu Patrick Garrett yazırdı ki, onun illər əvvəl dünyada baş verən proseslərlə bağlı yazdıqları indi əhəmiyyət kəsb edir.

 

Donald Trampın ABŞ-ın NATO müttəfiqlərindən uzaqlaşacağına dair sözləri Klerin 1960-cı illərdən bəri diqqətlə izlədiyi məsələlərdən biri idi. İsrail dövləti qurulanda Kler orada idi. Onun dini terrorla bağlı xəbərləri bəzi alimlər tərəfindən tənqid edilsə də proqnozlarının çoxu özünü doğruldurdu.

Kler Cənubi Çin dənizi və Sakit Okeanın gərginlik zonasına çevriləcəyini çox-çox illər əvvəl proqnoz vermişdi.

O, 20-ci əsrin ən fəal müharibə müxbirlərindən biri kimi tarixə düşdü. 1941-ci ildə Britaniyanın Şimali Afrika kampaniyası haqqında reportaj hazırlamaq qadınlara qadağan olunmuşdu. Lakin Kler o qadağını pozmağı bacarmışdı.

105 yaşında vəfat edən Kler o yaşında olmasına baxmayaraq xəbər aləmindən ayrılmamağa çalışırdı Pasportunu yastığının altında saxlayır, ayaqqabılarını həmişə çarpayısının altına qoyurdu.

Kler Hollinqvort 2017- ci ildə 105 yaşında Honk Konqda vəfat edib.

 Hazırladı Günel Musa

 Qaynaqlar: “Time.com”, “Histori Yesterday”