Ermənistan TŞ-nın sədri: “Azərbaycan və Ermənistanın təklifləri birləşdirilməlidir”

19 May, 15:03

“Biz ondan yanayıq ki, Azərbaycan və Ermənistanın təklif etdiyi paketlər birləşdirilməlidir və nəticədə sülh gündəmi üzrə danışıqlara başlanılmalıdır“.

Voicepress.az xəbər verir ki, bunu bu gün, jurnalistlərlə keçirilən brifinqində Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

O, sülh prosesinin mürəkkəb proses olduğu aydın idi, lakin buna baxmayaraq  bu istiqamətdə fəaliyyətlərini  davam etdirəcəklərini bildirib: “Ümid edirik ki, nə vaxtsa sülh gündəmi ətrafında ortaq məxrəcə gələcəyik, çünki sülh gündəmi birtərəfli ola bilməz, qarşılıqlı olmalıdır. Bu qarşılıqlılığın məntiqinə bu iki təklifdən ibarət paket daxil edilməlidir. Hər iki tərəfin təklif etdiyi şərtləri birləşdirib bir nəticə əldə etmək tərəfdarıyıq“.

\voicepress.az\