Erməni deputat: “Ermənistanda “DQR” bayrağı asmaq qəhrəmanlıq deyil

26 May, 16:35

“Müxalifət Qarabağın gələcəyi ilə bağlı həqiqətən narahat olsaydı, beynəlxalq səviyyədə müvafiq çərçivə formalaşdırmaq üçün suallarını və bəyanatlarını Ermənistan parlamentinə deyil, hakim güclə əməkdaşlıq edərək beynəlxalq strukturlara ünvanlayardı”.

Voicepress.az xəbər verir ki, bunu Ermənistan mediasına açıqlamasında Ermənstan Milli Assambleysında parlamentin dövlət və hüquq məsələləri üzrə daimi komissiyasının rəhbəri, hakim “Mülki müqavilə” partiyasından olan deputat Vladimir Vardanyan deyib.

O, qeyd edib ki, Ermənistan ərazisində „DQR“ bayraqlarını sancmaq qəhrəmanlıq deyil:

“Hər hansı bir məsələnin ermənilərin xeyrinə həllini istəyiriksə, o zaman konsolidasiya və birgə iş lazımdır. Ermənistan ərazisində „DQR“ bayraqlarının sancılması qəhrəmanlıq deyil.  Mənim ofisimdə çoxdan „DQR“ın bayrağı asılıb və mən bunu qəhrəmanlıq hesab etmirəm”.

\voicepress.az\