Dünayının ən uzun körpüsü bəlli oldu

31 May, 09:52

 

Aprel ayında ictimaiyyətə açılan Vyetnamdakı şüşə körpü “Ginnesin Rekordlar Kitabı” tərəfindən dünyanın ən uzun körpüsü elan edilib.

Voicepress.az xəbər verir ki, Vyetnamın şimal-qərbindəki Son La əyalətinin dağ kəndində yerləşən Bax Long Körpüsü “Ginnesin Rekordlar Kitabı” na dünyanın ən uzun körpüsü olaraq düşüb. Yerdən təxminən 150 m hündürlükdə asılmış və 631 m uzunluğunda olan şüşə körpü qlobal pandemiyadan ağır zərbə alan turizmi canlandırmaq üçün yerli turizm orqanları ilə fransız tikinti şirkəti arasında birgə əməkdaşlığın nəticəsidir.

Körpünün eyni anda 450 nəfərə tab gətirə biləcək qədər güclü olduğu deyilir.  Vyetnam mediasında yer alan xəbərə görə, “Ginnesin Rekordlar Kitabı”nın rəsmiləri həftə sonu körpünü sertifikatlaşdırıb.

Xatırladaq ki, bu, Vyetnamda tikilən üçüncü şüşə körpüdür. Bundan əvvəlki nəhəng şüşə körpü  2018-ci ildə tikilmiş və mediada manşetə çevrilmişdi.

\voicepress.az\