Azərbaycan maye qazın ixracını azaltdı

18 May, 11:09

Bu ilin yanvar-mart aylarında Azərbaycan 5 371,8 ton maye qaz ixrac edib ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 70,5% azdır.

Voicepress.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.  Məlumata görə, hesabat dövründə ixrac edilən maye qazın dəyəri 2 5371,2 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 19,5% azdır.

Xatırladaq ki, ötən il Azərbaycan 69 268,1 ton maye qaz ixrac edib ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 1,7 dəfə çoxdur. 2021-ci ildə ixrac edilən maye qazın dəyəri 22 748,8 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 4,5 dəfə çoxdur.