Voicepress.az-ın verdiyi xəbərə görə, dünyanın 36 ölkəsindən 100 yarışmacının qatıldığı yarışma qardaş Türkiyənin Baliqəsir Sındırqı bölgəsində Böyükşəhər Bələdiyyəsi, Sındırqı Bələdiyyəsi və Atlı Okçuluk ve Savaş Sənətləri Dərnəkləri rəhbəri ilə Beynəlxalq Atlı Oxçuluq yarışması gerçəkləşib. 20 Mayda başlayan Yarışma 3 gün devam edib. Yarışmada iştirak edən ölkələr arasında Amerika, Almaniya, Qazaxistan.Qirgızıstan, İran, Fransa, Pakistan,İndoneziya, Moldova kimi ölkələrdən iştirakçılar qatılmaqdadır.
Yarışmaya fəxri qonaq olaraq dəvət olunan İstanbul Universiteti Doktorant tələbəsi, sənətçi Səidə Ömər Azərbaycanı Dədə Qorqud dastanında yer alan “İncə Belim” nəğməsinə hazırladığı rəqs kompozisiyası ilə qala gecəsində iştirak edib.
Səidə Ömər mətbuata açıqlamasında milli at üstündə ox atma yarışmalarında növbəti ildə Azərbaycandan da yarışmacilar mutəlq qatılmalıdır, deyə bildirib: “Gələcəkdə belə yarışmalarda gənclərimizin at belində, əlində ox-yayı ilə təmsil olunmasını istərdim. Ölkəmi belə bir tədbirdə təmsil etdiyim üçün qürur duyuram. Atçılıq və ya oxçuluqla məşğul olmasam da, mərasimin açılış hissəsində “Dədə Qorqud” dastanının ekran versiyasında yer alan “İncə bellim” mahnısı əsasında rəqsi və “Uzundərə” milli rəqsimizi ifa etdim. Bundan əlavə, Vətənimə aid şeirlər səsləndirdim, ürək sözlərimi söylədim. Çox arzu edirəm ki, belə yarışmalar Qarabağda, Cıdır düzündə keçirilsin! Qarabağ atları üzərində milli adət ənənələrimizin yaşadılması ilə bağlı tədbirlərə ehtiyac var deyə düşünrəm. Azərbaycan Mədəniyyət Nazirliyinin bunu diqqətə alacağına ümüd edirəm…”
Tədbir əsnasında həmyerlimiz Sındırqı Bələdiyyəsinin sədri Əkrəm Yavaşa və Atlı Oxçuluq və Savaş Sənətləri Dərnəyinin rəhbəri Enis Yurdakökə Qarabağ və Təbriz haqqında kitablar, eləcə də Azərbaycan Bayrağı hədiyyə edib.
“Bələdiyyə başçısı və Türkiyə millət vəkillərinin sosial media hesablarından Azərbaycan bayrağı ilə çəkilən fotolarını paylaşması, xüsusi ilə Balıkəsir AKP millət vəkilləri İsmail Ok və Yavuz Subaşının yarışma əsnasında Azərbaycanla bağlı səsləndirdikləri dəyərli fikirlər qürurverici idi.
Təbii ki, biz “Bir millət, iki dövlət”ik, lakin çox sayda ölkənin iştirak etdiyi bir mərasimdə məhz azərbaycanlı olduğum üçün xüsusi diqqət görmək məni çox duyğulandırdı. Gələcəkdə belə yarışmalarda gənclərimizin at belində, əlində ox-yayı ilə təmsil olunmasını çox istərdim”, – deyə Səidə Ömər bildirib.
Tədbirin təşkilatı dəstəyini həyata keçirən Enis Yurdakök Azərbaycandan təlim ilə bagli təklif gələrsə Azərbaycanda təlim verməyə hazır oldugunu söyləyib. Azərbaycandan yeni dönən Yurdakök qardaş ölkəyə ilk dəfə səfər etdiyini və bu səfərin böyük əhəmiyyətindən danışdı.
Qeyd edək ki, Səidə Ömər 2018-2021 il tarixlərində Türkiyənin BENGU Türk kanalında yayınlanan Azərbaycan Rüzgarı programının müəllifi və aparıcısı olub.