İndoneziya, Misir, Cənubi Koreya, Montserrat adası və Ekvatorial Qvineya paytaxtlarında təbii hadisələrin vurduğu zərərdən xilas olmaq və iqlim şəraitinə görə paytaxtlarını köçürmək qərarı verib.
Voicepress.az xarici mediaya istinadən xəbər verir ki, ümumilikdə 430 milyon əhalisi olan Cənubi Koreya, İndoneziya, Misir, Montserrat adası və Ekvatorial Qvineya paytaxtlarının köçürülməsi qərarı siyasi və ya hərbi səbəblərdən deyil, əhalinin sayının artması, iqlim və təbii şəraitlə bağlıdır.
Sözügedən 5 ölkədən yalnız Montserratın paytaxtı bu gün xəyal şəhəridir, digər 4 ölkənin paytaxtları isə ölkə əhalisinin əhəmiyyətli bir hissəsinə ev sahibliyi edir.
Yaxın keçmişdə Qazaxıstan, Pakistan, Braziliya, Malayziya, Nigeriya və Myanma kimi bir çox ölkə siyasi proseslərdən sonra paytaxtlarını dəyişib.
1960-cı ildə Pakistan paytaxtını Kəraçidə yeni salınan İslamabada, Myanmadakı hərbi xunta olan Yanqondan isə nəzarəti daha asan olan Nepidoya köçürdü.
Sovet İttifaqının dağılması ilə müstəqilliyini əldə edən Qazaxıstan, urbanizasiyaya uyğun coğrafiyası, iqlimi və strateji qaynaqlara yaxınlığına görə paytaxtını Akmolaya, sonradan Nur Sultan və Astanaya köçürdü.
Ancaq son 50 ilə nəzər saldıqda paytaxtdakı dəyişikliklərin arxasında siyasi səbəblərdən çox təbii hadisələr, iqlim, iqtisadi səbəblər və əhalinin artımı dayanır.
Dünyanın ən sıx məskunlaşdığı şəhərlər arasında yer alan Misirin paytaxtı Qahirə, Afrika və müsəlman dünyası üçün əhəmiyyətli şəhərlər arasında olmaqla yanaşı, min iılik tarixi ilə də dünyanın qabaqcıl şəhərlərindən biridir.
Qədim dünyanın 7 möcüzəsindən biri olan Piramidalara da ev sahibliyi edən şəhərin əhalisinin sayı 20 milyonu keçdiyi halda, ölkənin nazirlik, parlament, prezident sarayı kimi əhəmiyyətli binaları Təhrir meydanı və ətrafında yerləşir.
Bu binaların təhlükəsizliyi, xarici nümayəndə heyətlərinin ziyarətləri və VİP konvoylar səbəbiylə yolların tez-tez bağlandığı və nəqliyyatın kəsildiyi Qahirənin şəhər mərkəzi 24 saat xaos içində olur.
2050-ci ilə qədər şəhərin əhalisinin 40 milyona çatacağı təxmin edilərkən, bütün bu xaosu aradan qaldırmaq, hökumət binalarını yaxınlaşdırmaq üçün yüksək səviyyəli ictimai binaları, səfirlikləri və mühüm maliyyə qurumlarını özündə birləşdirən yeni paytaxtın tikintisinə 2015-ci ildə başlanılıb.
Layihənin yekunlaşması ilə bağlı dəqiq tarix verilməsə də, paytaxtın köçürülməsinin 6-7 il çəkəcəyi proqnozlaşdırılır. Layihəyə təxminən 6 milyon insanın yaşayacağı evlər, otellər, məscidlər, kilsələr, parklar, universitetlər, tədqiqat mərkəzləri və beynəlxalq hava limanı daxildir.
Yeni şəhər hələlik Yeni İnzibati Paytaxt adlandırılıb.
Dünyanın ən sıx məskunlaşdığı ölkələrindən biri olan İndoneziyanın paytaxtı Cakarta da köçməyə hazırlaşan şəhərlərdəndir.
Əhalisi 30 milyonu keçən şəhərin köçürülməsi ilə bağlı işlərə 2019-cu ildə başlansa da, Covid-19 pandemiyası səbəbindən iş ləngiyib.
Paytaxtın 2024-cü ildə Borneo adasındakı Nusantara adlı yeni şəhərə köçürülməsi planlaşdırılır
Təxminən 275 milyon əhalisi ilə ölkənin ən böyük şəhəri olan Yava adasında yerləşən Cakarta hər il müxtəlif fəlakətlərlə, xüsusilə də sel suları ilə üzləşir. Üstəlik, şəhərin şimalı batmaq təhlükəsi ilə üz-üzədir.
2050-ci ilə qədər şəhərin təqribən 25 faizinin dəniz səviyyəsinə və ya daha aşağıya enəcəyi təxmin edilsə də, bunun səbəbi sıx əhalinin istifadə etdiyi yeraltı sular və yüksələn dəniz sularıdır.
Bundan əlavə, ölkədə iqtisadi fəaliyyətin 50 faizinin həyata keçirildiyi və əhalisinin 60 faizinin yaşadığı Yava adasındakı yükün ölkənin digər bölgələrinə paylanması planlaşdırılır.
Paytaxtın köçürülməsindən sonra Cakarta ticarət və maliyyə mərkəzi mövqeyini qoruyacaq, təxminən 2000 kilometr məsafədə yerləşən Nusantara isə hökumət binalarına ev sahibliyi edərək inzibati paytaxta çevriləcək.
\voicepress.az\