Ukrayna prezidenti Vladimir Zelenski 2022-ci il Qremmi Mükafatlarında milyonlarla insana müraciət edib. Zelenski, “Bizi bacardığınız qədər dəstəkləyin, amma susmayın” deyib.
Voicepress.az xarici mediaya istinadən xəbər verir ki, 2022-ci il Qremmi Mükafatlarının ən diqqət çəkən məqamlarından biri Ukrayna prezidenti Vladimir Zelenskinin videodo bağlantı ilə milyonlarla insana müraciət etməsi olub.
Zelenski, çıxışında, hələ də Rusiyanın hücumları altında olan ölkəsi üçün dəstək istəyib.
Trevor Noahın aparıcılıq etdiyi 64-cü Qremmi Mükafatlarının təqdim edildiyi səhnədə, Zelenski nəhəng ekranlardan dünyaya səslənərək, bildirib ki, Ukraynadakı mühariədə 153 uşaq həyatını itirib, 400-dən çox uşaq isə yaralanıb.
Daha sonra Zelenski çıxışına belə davam edib:
“Musiqidən daha çətin olan nədir? Yıxılmış şəhərlər və öldürülmüş insanların səssizliyi. Bizim musiqiçilərimiz smokin əvəzinə zireh geyinir. Xəstəxanalarda, hər nə qədər onları eşitməsələr də yaralılara mahnılar oxuyurlar. Amma musiqi bunu dəyişəcək. Yaşamaq, sevmək, səs vermək daxili azadlığımızı müdafiə edirik. Torpaqlarımıza bombaları ilə dəhşətli səsizlik gətirən Rusiya ilə savaşırıq. Ölüm səssizliyi. Səssizliyi musiqinizlə doldurun. Bu gün hekayəmizi danışmaq üçün doldurun. Sosial media hesablarınızda, televiziyalarda müharibə haqqındakı həqiqətləri söyləyin. Əlinizdən gələn hər cür dəstək verin. Amma səssiz qalmayın. Müharibə bütün şəhərlərimi məhv edir. Onlar indidən əfsanəyə çevrilib. Amma mənim onlar üçün bir xəyalım var. Azad olmaları. Sizin Qremmi səhnəsində azad olduğunuz kimi”
\voicepress.az\








