ÜST 11 ölkədə uşaqlar arasında yayılan mənşəyi bəlli olmayan hepatit virusuna yoluxan 169 uşaqdan birinin artıq öldüyünü açıqlayıb.
Voicepress.az xəbər verir ki, əsasən uşaqlar arasında yayılmağa başlayan mənşəyi məlum olmayan hepatit virusunun yeni bir epidemiyanın başlanğıcı olub-olmayacağı bəlli olmasa da qlobal epidemiya ehtimalı ilə yenidən gündəmə gəlib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İngiltərədə meydana çıxan, Avropa və ABŞ-da yayılan mənşəyi məlum olmayan hepatit virusundan bir uşağın öldüyünü açıqlayıb.
ÜST Avropa Regionunun Yüksək Patogen Təhdidlər Qrupunun üzvü Riçard Pebodi ABŞ-da yayımlanan tibbi xəbər saytına verdiyi açıqlama da bildirib ki, hepatitə yoluxma yüksək olmasa da, pis nəticələr verib. Müəmmalı hepatit hadisələrindən yeni bir epidemiyanın ortaya çıxıb-çıxmayacağının hələ dəqiq olmadığını vurğulayan Pebody, “ÜST-ə üzv ölkələrin araşdırması yaxşı olardı” deyib.
Xatırladaq ki, ÜST aprelin 16-da yayaımladığı yazılı açıqlamada İngiltərədə 74 uşaqda mənşəyi bilinməyən hepatit virusu aşkar etdiyini açıqlayıb.
Bu günə kimi Böyük Britaniyada 114, İspaniyada 13, İsraildə 12, ABŞ-da 9, Danimarkada 6, İrlandiyada 2, Hollandiya və İtaliyada 4, Norveç və Fransada 2, Belçikada 1, şəxs virusa yoluxub.
ƏLAMƏTLƏRİ NƏDİR?
Virus aşkarlanan uşaqlarda son bir ayda sarılıq, ishal, qusma və qarın ağrısı kimi simptomların müşahidə edildiyi, bəzi hallarda ağır qaraciyər iltihabı olduğu və qaraciyər transplantasiyasına ehtiyac yarandığı bildirilib.
\voicepress.az\