Tvitterdən İlon Maska “zəhərli həb” tədbiri

16 Aprel, 10:52

Sosial media şirkəti Tvitter, İlon Maskın şirkəti satın almasının qarşısını almaq üçün məhdud müddətli səhmdar hüquqları planını qəbul edib.  “Zəhər həbi” adlanan maddənin, potensial alıcılardan başqa mövcud səhmdarların daha aşağı qiymətə şirkətdə daha çox səhm almaq hüququnu qoruduğu bildirilir.

Voicepress.az xarici mediaya istinadən xəbər verir ki, Tvitterin Direktorlar Şurası ən böyük səhmdarı İlon Maskın bütün şirkətin satın alınması tələbini rədd edib.

Elon Musk Tvitteri bir səhm üçün 54,2 dollara almağı təklif etdikdən sonra Tvitter “zəhərli həb” adlı bir tədbir gördü.

Tvitterdən verilən açıqlamada şirkətin idarə heyətinin məhdud müddətli səhmdar hüquqları planını yekdilliklə təsdiqlədiyi bildirilib.

Açıqlamada, idarə heyətinin Tvitteri almaq üçün tələb olunmayan, məcburi olmayan təklifdən sonra planı təsdiqlədiyi qeyd edilib.

Bildirilir ki, sözügedən tədbir potensial alıcılardan başqa mövcud səhmdarların şirkətdə daha ucuz qiymətə daha çox səhm almaq hüququnu qoruyur.

Qeyd edilir ki, Mask və ya başqa bir investor şirkətin səhmlərinin 15 faizindən çoxunu alarsa, plan işə düşəcək.  Tvitter İdarə Heyəti tərəfindən görülən bu tədbir Maskın alış cəhdini dayandıra bilməz, lakin alışı daha da bahalaşdıra və ya Maskı danışıqlar masasına oturmağa məcbur edə bilər.

Daha əvvəl Tvitter-də 9,2 faiz pay alan Mask ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) verdiyi açıqlamada “Twitter” hər bir səhmi üçün 54,2 dollar təklif etmişdi.

Tvitterin İdarə Heyətinin sədri Bret Taylor-a yazdığı məktubda Mask Tvitter-dən səhmlər aldığı üçün şirkətin indiki formada inkişaf etməyəcəyini anladığını, Tvitter-in özəl bir şirkətə çevrilməsi lazım olduğunu bildirib.

Twitter-dən aktiv şəkildə istifadə edən Maskın platformada 80 milyondan çox izləyicisi var. Maskın cari aktivlərinin 260 milyard dollardan çox olduğu bildirilir.

Digər tərəfdən, aprelin 11-də Tvitter-in CEO-su Parag Agrawal şirkətdən səhm alan İlon Maskın daha əvvəl elan etdiyi Tvitter İdarə Heyətində olmayacağını açıqlamışdı.

Bu arada Tvitter-in keçmiş səhmdarları şirkət səhmlərinin alınmasında qanunu pozduğuna görə Maskı Nyu York əyalət məhkəməsinə verib. Səhmdarlar iddia edirdilər ki, Tvitter səhmlərinin satın alındığını gec elan etməklə Musk sosial media şirkətinin səhmlərinin artmasının qarşısını alıb və bununla da bəzi keçmiş səhmdarlara zərər vurub.

\viocepress.az\