Türkiyəli politoloq: “Azərbaycan bu görüşlərdə güclü tərəf kimi masa arxasına oturdu” -TƏHLİL

7 Aprel, 14:03

Türkiyəli politoloq Volkan Aydemir

Birincisi 2021-ci il dekabrın 14-də keçirilən Brüssel görüşlərinin baxmayaraq ki, məqsədi Cənubi Qafqazda sabit sülh planı çərçivəsində Azərbaycan və Ermənistanın faktiki mövcudluğunu hədəfləyir. Verilməli olan iki sual yaranır:

1. Aİ ölkələri 92-ci ildən 2020-ci ilin noyabrına qədər bu sülh fəaliyyət planını həyata keçirmək üçün niyə yavaş hərəkət etdilər?

2. İkinci Qarabağ müharibəsindən sonra ermənilər tərəfindən işğal olunmuş torpaqlarını geri alan Azərbaycanın Brüssel görüşlərindən gözləntisi nə dərəcədə qənaətbəxş və yüksəkdir?

AB ölkələri xüsusilə bölgədə xətir sahib olmaq üçün; Aİ Türkiyə-Rusiya-Azərbaycan üçlüyünün irəli sürdüyü 3+3 formulu ilə Gürcüstan-Ermənistan və İranı regionda əməkdaşlıq və sülh mühitinə daxil etmək istəsə də, Aİ-nin 30 ildir rəfdə qalan məsuliyyətini indi xatırlaması Avropa İttifaqının xristian klubu olduğu iddiasını dəstəkləyir.

Gələk Brüssel danışıqlarının əsas mövzusuna. Böyük geosiyasi və geostrateji əhəmiyyət kəsb edən Cənubi Qafqaz Qarabağ regionunda 10 noyabr sazişindən sonra baş verən ayrı-ayrı hadisələri Ermənistan tərəfinin düşdüyü regionda məğlubiyyəti həzm edə bilməməsi və 1915 və 1992-ci illərdə olduğu kimi Dünya İctimai rəyində qurban rolunu oynamaq üçün hazırladıqları bir oyun kimi dəyərləndirmək lazımdır.

İqtisadiyyatı və müdafiə sənayesi iflasa uğrayan Ermənistan rəhbərliyi həmişə olduğu kimi başqa ölkələrdə fəaliyyət göstərən diasporalardan bir az da çox pul qopartmağı hədəfləyib. Bundan əlavə, Nikol Paşinyan öz ölkəsində müxalifətin və qətiyyətsiz insanların reaksiyasını çəkməmək üçün görüşdə könülsüz və istəmədən sülh fotoları çəkdirdiyi halda, Azərbaycan Prezidenti İlham Əliyevin isə məğrur duruşu görüntülərə yansıdı. Daha qətiyyətli və qalib bir baş komandan kimi dayandı. Üçtərəfli görüşdən sonra mətbuata verilən şərhdə; Regionda sabitliyin və əmin-amanlığın təmin edilməsi üçün birgə komissiyanın yaradılması qərara alınıb.

İndi əsas məsələ regionda baş verəcək sülh və iqtisadi sabitlikdən kimin daha çox faydalanacağını təhlil etməkdir. Mövzu ilə bağlı aparılan araşdırmalar nəticəsində erməni tərəfinin sülhə və iqtisadi sabitliyə nə qədər ehtiyacı və buna borclu olduğu statistik göstəricilərdən bəllidir. Əvvəldə də qeyd etdiyim kimi Aİ ölkələri, erməni tərəfin bu məcburiyyət və ehtiyac səbəblərindən sülh danışıqlarını tez bir zamanda yekunlaşdırmaq istəyirlər. Nəticədə Azərbaycan bu görüşlərdə güclü tərəf kimi masa arxasına oturdu və bir daha bəyan etdi ki, torpaq və Qarabağın statusu mövzusunda heç bir şəkildə güzəştə getməyəcək