Voicepress.az “Tarzan”, “Meymunların rəbbi” kimi filmlərdən tanınan, “Şotlandiyalı” filmində canlandırdığı Connor MacLeo obrazı ilə dünya şöhrəti qazanan, məşhur fransız aktyoru Kristofer Lambert ilə müsahibəni təqdim edir.
– Geriyə baxanda, “şotlandiyalı”nın uğuru haqqında nə düşünürsünüz?
– Bunu izah edə bilmərəm. “Şotlandiyalı”da çəkilməyə razılıq verməyimin səbəbi onun döyüş filmi olması deyildi. Təkcə onu deyə bilərəm ki, məncə bu film təkcə döyüş filmi deyildi, həm də romantik bir film idi. Ölümsüzlüyün romantik tərəfindən bəhs edirəm. Bu filmdə ölümsüzlük mövzusu şiddəti, ağrını, sevgini, iztirabı çiynində daşımasına baxmayaraq, hələ də pozitiv olan bir obraz vasitəsilə çatdırılır.
Yaşamağa davam edirsən… Sevdiyin insanları itirirsən, amma yenə də özünü toplamaq məcburiyyətindəsən üzdə gülümsəməyə davam etməlisən.
Həyatın verdiyi ağrılarla yaşamağa davam etməlisən. Fərq etməz 12 yaşlı uşaq ol və ya 25, 30, 50 yetkin insan. Bunun içimizdə olan və bizi əsla tərk etməyəcək bir hiss olduğua inanıram.

– Ölümsüzlük və ölümsüzlüyün romantik tərəfi dediniz.. Sizcə, ölümsüzlük insanlığın gizli arzusudurmu? Bu konsepsiya haqqında nə düşünürsünüz?
– Əgər seçimim olsaydı, verdiyi bütün ağrılara baxmayaraq, ölümsüz olmağı seçərdim. Çünki min ildən, yüz min ildən sonra nə olacağını bilmək istəyirəm. Bir şərtlə ki, səhhətim yaxşı olsun.
– Filmin uğurunda əfsanəvi Queen qrupunun mahnılarının da təsiri var. Freddie Mercury və qrupun digər üzvləri ilə tanış olmaq şansınız oldumu?
– Bəli, Freddi Merkuri ilə video çəkilişlər zamanı tanış olduq. Biz İngiltərədə çəkilişlər apardıq. Onunla görüşmək, qrupla tanış olmaq əla idi. Freddie Mercury ilə görüşmək isə möhtəşəm idi. 48 saat ərzində 15 nəfərlik özəl konsert verməsi inanılmazdı. Qrupun dörd üzvü və səhnədə 10-12 komanda üzvü var idi. Queen 48 saat bizimlə idi.
-“Şotlandiyalı” filmi ilə bağlı başqa hansı xatirələriniz var?
– Rejissor Russell Mulcahy, əlbəttə ki… O, inanılmaz rejissordur. Tanıdığım ən yaxşı vizual rejissorlardan biridir. Onun ideyaları, təxəyyülü, kadrın mahiyyətinə baxışı inanılmazdır. Və əlbəttə ki, unudlmaz tanışlıqlardan biri də Sean Connery ilə olan tanışılıq idi.
Sean çox təvazökar, centlmen, insanlara çox hörmət edən insan idi. Özü idi, başqa insan kimi göstərmirdi özünü. Bu mənim insanlarda çox dəyər verdiyim bir xüsusiyyətdir. Başqası olmağa çalışmayın, özünüz olun. Sean Connery belə idi. Gözəl dost idi. idi. Mən onun üçün darıxıram. Kaş ki, dünyada onun kimi insanlar daha çox olardı.

– Sean Connery ilə davam edək. Onun film üçün cəmi bir həftə çəkiliş meydançasında olduğunu oxumuşdum. Bunun sizin üçün necə unudulmaz bir təcrübə olduğunu təsəvvür edə bilirəm.
– Sean Konneri ilə ilk görüşümüzə prodüserlərlə getdik. Şotlandiya kəndlərini gəzdik, bir neçə barda yaxşı şotland viskisi içdik və bir-birimizi tanıdıq. Sean elə bir insandır ki, görüşdüyün an səni ya bəyənir, ya da bəyənmir.
Ona görə də onun səndən xoşu gəlib-gəlmədiyini bilmək üçün saatlarla danışmağa ehtiyac yoxdur. Çünki dərhal özünü göstərir. Tanışlığımız çox yaxşı keçdi. Biz onunla cazibadar xarakterinin, alicənablığı və mizah anlayışı sayəsində bağ yarada bildik.
“Bizim sahədə hamı nevrozdur”
-İstərdim sizin yeni layihəniz olan “Menecerimə zəng et” adlı layihə haqqında da danışaq. Layihə ilə necə tanış oldunuz?
– Serialın prodüseri, Parisə gələndə tanış olduğum ilk kastinq rejissoru Dominik Besnehard idi. Biz tanış olanda mənim 19, Dominik isə deyəsən 29 yaşı var idi.
O, dünyanın ən yaxşı kastinq rejissorlarından birinin köməkçisi idi. O vaxtdan biz dost olmuşduq. Vaxt keçdi, mən “Greystoke” çəkildim. Biz hələ də dostluğumuzu saxlayırdıq.
Bir neçə il əvvəl o, məndən “Menecerimə zəng et” adlı layihədə iştirak edib-etməyəcəyimi soruşdu və konsepsiyanı izah etdi. Mən ona müsbət cavab verdim. Əlbəttə edərəm dedim. Çünki filmin adı qulağa əyləncəli gəlirdir.
Bizim sahəmiz ən çılğın sahələrdəndir. Xüsusilə də agentlik-menecer rəhbərliyi səviyyəsində. Necə deyim, hamısı nevroz insanlardır… Həmişə rəqabət var. Birinci bölümdə yalançı qızımdan “atan kimdir” deyə soruşurlar.
Sual qarşısında nə deyəcəyini bilməyən qız birdən “Kristofer Lambert” deyir. Sonra ikinci bölümdə dostları qıza deyirlər ki, ‘Aman Allahım, sənin atan buradadır’. Qız nə edəcəyini bilmir, çünki yalan danışıb və mən onun atası deyiləm.
Sonra qıza baxmağa davam edirəm və zarafat kimi onun stolunun üstünə telefon nömrəmi qoyub gedirəm. Məncə, belə bir şey zarafat olaraq qalmalıdır, əlbəttə.
– Niyə?
– Öz aramızdır, 60 yaşlı kişi 20 yaşlı qızla nə edəcək? Mən belə şeylərin var olduğunu bilirəm. Amma mənası yoxdur! Onlar bir-birlərinə nə deyirlər, nə danışırlar, həyat haqqında nələri bölüşürlər, ortaq nöqtələri nədir?
Əgər 60 yaşın varsa, 40-50 yaşlarında olan qadınla olmaq üçün doğru yaş olduğunu bilməli və anlamalısan. Bundan başqası cəfəngiyatdır.
Fərq etmir qadın yoxa kişi. Hər iki tərəf üçün axmaqlıqdır. Bir şeydən əminəm ki, çox vaxt bu münasibətlərin sevgi ilə əlaqəsi olmur.

-Hansısa layihədə iştirak edərkən qərar verməkdə çətinlik çəkmisinizmi?
– Filmə çəkilmək istəyəndə və mövzusu məni özünə cəlb edəndə tərəddüd etmirəm. Fərqi yoxdur bu bütöv bir filmdir, yoxsa filmdə bir səhnədir. Məsələn, keçən il “Sürünənlər” adlı filmə çəkildi. O filmdə edəcəklərim məni o qədər əyləndirdi ki, yox deyə bilmədim.
-2009-cu ildə çəkildiyiniz “White Material” filmi haqqında sual vermək istərdim. Bu gün qadın rejissorlardan çox danışırıq, 2009-cu ildə qadın rejissor və qadın yazıçı ilə işləmisiniz. Bu təcrübə haqqında nə deyə bilərsiniz?
– Məncə, təkcə kinonu yox, dünyanı qadınlar idarə etməlidir! Claire Denis həmişə öz filmlərinin rejissoru, yazıçısı və prodüseri olub. O, hər şeyi təkbaşına etmək üçün mübarizə aparırdı, çünki bunun üçün mübarizə aparmalı idi.
Dediyiniz kimi, qadın rejissora, xüsusilə də güclü qadın rejissorlar çox deyil. Məsələn, çəkiliş üçün 4 həftə helicopter gözlədik.
Helikopter olmadığı üçün gündə bir saat çəkiliş edirdik. Prodüser “ biz çəkilişlərə bu cür davam edə bilmərik, sərvət itirirk” deyirdi. Claire isə belə cavab verirdi: “Belə olacaq, yoxsa gedirəm”. O, güclü idi. Amma axmaqcasına güclü deyildi. Nə istədiyini və nə etdiyini dəqiq bilən qadın idi. Onunla əla vaxt keçirdim. O, çox həssasdır və həmişə dərdlidir. Buna baxmayaraq gözəl filmlər çəkir.
“Hələ də işləməyə həvəsliyəm”
-Dövrünüzün ‘İt Boy”larından biri idiniz… Bu gün Kristofer Lambertin kim olduğunu soruşsam…
– Hələ də işləmək həvəsindəyəm… 33-34 yaşım olanda anladım ki, çox şey etmək istəyirəm və etmək istədiyim iş üçün bir ömür kifayət etməyəcək. Bununla belə, fərqli işlər görməyə başladım. Supermarketlər üçün boşqab düzəldirdim, sonra sahəmi dəyişdim. Daşınmaz əmlak, sonra otel biznesinə başladım.
Mən hələ də otel biznesindəyəm. Bir də texnologiya biznesim var. Yeri gəlmişkən, obrazın böyüklüyündən asılı olaraq ildə iki-dörd film çəkməyə vaxt ayırıram.
Mən kino həvəskarıyam, amma fərqli şeylər haqqında danışa bilərik, elə deyilmi?
“Platformaların gücü məni çox təsirləndirdi”
-Epidemiya ilə kino sənayesi böyük bir dəyişikliyə məruz qaldı. Rəqəmsal platformalar çoxaldı və ənənəvi kinoya çağırış oldu. Texnologiya ilə gələn bu dəyişiklik haqqında fikirləriniz maraqlıdır?
– Epidemiyada məni heyran edən şey platformaların gücü idi. Platformalar bir çox filmlərdə kinonu əvəz edəcək. Kinoteatrlara çıxacağını düşündüyüm filmlər “Avatar”, “Titanik”, “Mission Impossible” kimi kassa filmləri olacaq. Bu filmlər böyük ekran tələb etdiyi üçün kinoteatrlarda tamamilə fərqli səs, tamam fərqli effektlər istəyən filmlər olacaq.

Barbaros Tapan








