“Oskar” mükafatlarının təqdimetmə mərasimində komediya ustası Kris Roka şillə vuran Uill Smitin layihələri bir-bir ləğv edilir.
Voicepress.az xarici mediaya istinadən xəbər verir ki, „Oskar“ mükafatlarının təqdimetmə mərasimində həyat yoldaşı Jada Pinkett Smithlə zarafat edən komediya ustası Kris Rokun sözlərinə görə səhnəyə çıxaraq ona sillə vuran Smitin iştirak etdiyi bəzi layihələrin dayandırıldığı açıqlanıb.
Smitin baş rolda oynadığı ” “Fast and Loose”” və “Bad Boys 4” filmlərinin çəkilişləri dayandırılıb.
Bundan başqa “Netflix” və „Sony“nin istehasal etdiyi. Smitin də baş rol ifaçısı olduğu layihələr dayandırılıb.
Netflix və Apple şirkətlərinin, Smitin keçən il nəşr olunan avtobioqrafik kitabının film hüquqlarından imtina etdiyi də bilidilib.
\voicepress.az\