Putinlə yaxın münasibətdə olduğu iddia edilən Rusiyanın tanınmış jurnalistlərindən Vladimir Solovyov Rusiyanın hərbi əməliyyatının Avropanı və hətta dünyanı əhatə edəcək yeni mərhələyə keçdiyini iddia edib.
Voicepress.az xəbər verir ki, Rusiyanın aparıcı jurnalistlərindən Vladimir Solovyov Rusiyanın Ukraynaya müdaxiləsinin Avropanı, hətta dünyanı da əhatə edəcək yeni mərhələyə keçdiyini bildirərək NATO-nu hədələyib.
Putinin tərəfdarı kimi tanınan jurnalist “Vladimir Solovyovla axşam” verilişində “Mən hesab edirəm ki, xüsusi hərbi əməliyyat yeni mərhələyə qədəm qoyub. Tək Ukrayna ilə kifayətlənmək olmaz”.
Sosial mediada paylaşılan videoda Solovyov NATO-nun Ukraynaya verdiyi silahlara diqqət çəkərək, “İndi görəcəyik ki, təkcə silahlar deyil, operatorlar da müharibəyə cəlb olunub”.
Rusiyalı jurnalist “Rossiya-1” dövlət kanalında yayımlanan verilişində Moskvanın NATO ölkələrinə müharibə elan etməyə başladığını bildirib.
“Biz NATO ölkələrinin vətəndaşlarını və döyüş maşınlarını əzəcəyik” deyən Solovyov, “Bu əməliyyat başa çatdıqdan sonra NATO onu müdafiə edəcək adamın olub-olmadığını sorğulamalı olacaq. Biz heç bir mərhəmət göstərməyəcəyik” deyə fikrini tamamlayıb.








