“Qarabağ” Pandero ilə yollarını ayırdı

16 Aprel, 10:35

Ağdamın “Qarabağ” klubu ispaniyalı futbolçu Qaspar Panadero ilə yollarını ayıra bilər.

Voicepress.az xəbər verir ki, hazırda icarə əsasında Kiprin AEK klubunda oynayan futbolçu böyük ehtimalla daha Ağdam təmsilçisinin düşərgəsinə qayıtmayacaq. Böyük ümidlərlə transfer olunan ancaq istənilən effekti verməyən futbolçu ilə müqavilə ləğv olunacaq.

Qeyd edək ki, Panadero cari mövsümün əvvəlində “Qarabağ”a keçib.

\voicepress.az\