Prezident Şuşada Dünya Azərbaycanlılarının V Qurultayında çıxış edib

22 Aprel, 11:04

Bu gün Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı işə başlayıb.

Voicepress.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.

Xatırladaq ki, Dünya Azərbaycanlılarının I Qurultayı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə, II qurultay Prezident İlham Əliyevin Sərəncamına əsasən 2006-cı ildə, III qurultay 2011-ci ildə, IV qurultay isə 2016-cı ildə keçirilib.