Partlayış olan gecə klubunun sahibi bilindi

3 Aprel, 15:21

Bu gecə partlayışın baş verdiyi Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi 9 ünvanında yerləşən “Location” gecə klubunun kimə məxsus olduğu bilinib.

Voicepress.az  xəbər verir ki, gecə klubunun yerləşdiyi mülkiyyət Xətai rayon sakini, 1979-cu il təvəllüdlü Umbayev Ağa Tofiq oğluna məxsusdur. Lakin ümumi sahəsi 170 kv.metr olan mülkiyyəti Rəsul Rəsulov icarəyə götürərək gecə klubu kimi işlədib.

Hadisə ilkin ehtimala görə qaz sızmasına görə baş verib. Partlayış nəticəsində 1 nəfər ölüb, 30-dan çox şəxs isə xəsarət alıb. Yaralılardan bir neçəsinin vəziyyətinin kritik olduğu bildirilib.

Partlayışla bağlı bir çox ölkədəki səfirliklər və rəsmi şəxslər tərəfindən mesajlar bildirilib.

“Bu gecə Bakıda baş vermiş partlayışa görə, qardaşımız Azərbaycana keçmiş olsun diləklərimizi çatdırırıq. Yaralananlara isə tezliklə şəfa diləyirəm”. Bu sözləri  Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “Twiter” səhifəsində yazıb.

Qeyd edək ki, bu gecə Bakının mərkəzində, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda partlayış olub. Hadisə nəticəsində 1 nəfər ölüb, 37 nəfər yaralınıb.