Nasistlərdən gizlətmək üçün Nobel mükafatını əridən kimyaçı

6 Aprel, 11:30

Corc de Heves adlı macar kimyaçı Nasist Almaniyası dövründə iki Nobel mükafatı laureatı Maks fon Laue və Ceyms Franka çox qəribə bir yaxşılıq edib.

Nobel mükafatı medalının tərkibində olan qızılın miqdarı hətta hava limanının rentgen aparatında belə səs-küy yarada biləcək qədər ağırdır. 1980-ci ilə qədər 23 karatlıq qızıldan hazırlanırdı. Həmin medalın indiki dəyəri təxminən bir milyon dollardır.

Lakin bu gün kifayət qədər nüfuzlu və dəyərli olan bu mükafatın 1940-cı ilin aprelində nasistlərin Danimarkaya hücumu zamanı bəxti gətirmədi.

Nələr baş verəcəyini proqnozlaşdıran iki Nobel mükafatlı iki yəhudi alim, Ceyms Frank, və  Maks von Laue qızıl medallarını qorumaq üçün 1938-ci ildə onları Kopenhagenə fizik Niels Borun yanına göndərirlər. Çünki Hitler Almaniyasında qızıl göndərmək qadağan idi və onların tutulması edamla nəticələnə bilərdi.

 

Məşhur fizik Nils Henrix Devid Borun yaxın dostlarından biri, 1943-cü ildə Nobel mükafatı alacaq Corc de Heves adlı macar kimyaçı medalları əritmək fikrinə düşür. Ancaq bir problem var idi, bütün qiymətli metallar kimi, qızıl da inert metal idi, yəni həlli çox çətin idi. Lakin 3:1 nisbətində xlorid turşusu ilə azot turşusunu qarışdırmaqla əldə edilən aqua regia qarşısında qızıl belə aciz idi.

Bu məhlulda iki turşu yüksək dağıdıcı tandem effekti ilə reaksiya verir. Azot turşusu səthdəki qızıl atomundan bir neçə elektronu çıxarmaqla başlayır və onları qızıl ionlarına çevirir. Sonra xlorid turşusu işə düşür və xlorid ionları qızıl ionları ilə reaksiyaya girərək onları həll edir.

Almanlar Kopenhagenə yola düşərkən Heves bu üsulla hər iki qızıl medalı əritməyə başlayıb. Amma bu dəfə asan olmayacaq. Çünki medal 7 sm enində, 200 qram və hər biri 23 karatdan ibarətdir

Heves qızılları əridir və „kral suyu“nu laboratoriyasında bir rəfə qoyur. Nasistlər Borun laboratoriyasını qarət edəndə portağal suyuna bənzər bu maye, təbii ki, onların diqqətini çəkmir.

Nasist işğalının üçüncü ilində- 1943-cü ildə  Corc Heves İsveçə qaçır. Müharibə bitdikdən sonra laboratoriyaya qayıdan  Heves əritdiyi məhlulu  qoyub getdiyi vəziyyətdə tapır və onu tyenidən qızıla çevirir.

Daha sonra qızılları 1950-ci ilin yanvarında baş verənləri yazaraq məktubla Stokholmdakı Nobel Akademiyasına göndərir.

Qızıl əridildikdən sonra yenidən toplanır və 1952-ci ilin yanvarında Çikaqo Universitetində keçirilən mərasimdə sahibləri Maks fon Laue və Ceyms Franka verilir.

\voicepress.az\