Makronun bu fotoları dünya mediasının gündəmi oldu – Fotolar

18 Aprel, 15:49

 Prezident seçkilərinin ikinci turuna sayılı günlərin qaldığı ərəfədə  Fransa Prezidenti Emmanuel Makron pərdəarxası fotoları ilə gündəmə gəlib.

Voicepress.az Fransa mediasına istinadən xəbər verir ki, Prezident seçkilərinin ikinci turuna bir neçə gün qalmış Makronun rəsmi fotoqrafı Soazig de La Moissonnière sosial media hesabında bir sıra pərdəarxası fotolar yerləşdirib. Yayımlanan fotolardan birində Makronun stula söykənərək gülümsədiyi görünür. Fotoda Makronun köynəyinin açıq düymələri və qollarının yuxarıya yığılması diqqət çəkib.

Yayımlandıqdan sonra qısa müddət ərzində sosial mediada yayılan fotolar bu gün dünya mediasının gündəmi olub.

Qərb mediası Makron bu cür fotolarla maço obrazı yaradaraq gən clərin diqqətini çəkmək istədiyini iddia edir. Qəzetlər Makronu Bond aktyorları Şon Konneri və Burt Reynoldsla, sosial şəbəkə istifadəçiləri isə Fransanın baş nazirini tüklü sinəsi ilə tanınan Rocer Federerlə müqayisə ediblər.

Xatırladaq ki, bir müddət əvvəl Makronun özünü Ukrayna Prezindeti Volodimir Zelenskiyə bənzətdiyi ilə baxlı xəbərlər tirajlanmışdı.

Günel Musa \voicepress.az\