Rusiya ilə Ukrayna arasında müharibənin 55-ci gününə girdiyi bir vaxtda Ukrayna lideri Zelenski rus qoşunlarının Donbassda müharibəyə başladığını açıqladı. Dünyanın hər yerindən ehtiyyatda olan zabitlər və könüllülər Ukrayna sıralarında döyüşmək üçün hərəkətə keçir.
Voicepress.az xəbər verir ki, ABŞ-ın MSNBC kanalının siyasət və terrorizm üzrə eksperti, 61 yaşlı Malkolm Nens də könüllü olaraq Ukrayna üçün döyüşmək istədiyini bildirib. Müharibə mövzusunda birdən çox kitab müəllifi olan Malkolm Nens sosial media hesabında “Danışmaqdan yoruldum, bu qədər” deyərək Ukrayna sıralarında müharibəyə qatılacağını açıqlayıb. İşlədiyi MSNBC kanalından Joy Reidin proqramına qatılan Nance, müharibə başlamazdan əvvəl uzun müddət Donbasda yaşadığını, müharibə başlayandan sonra Donetskdəki dostlarından çoxlu mesajlar aldığını deyib. Ukrayna ordusundakı əsgər yoldaşlarından. “Bu gecə buradan çıxmayacağıq. Vuruluruq” mesajı aldıqdan sonra qərarının qətiləşdiyini bildirən Nance, “Artıq danışmaqdan yoruldum. İndi hərəkətə keçməyin vaxtıdır” deyib.
Hərbi forma və silahla şəkilini paylaşan Nance dünəndən etibarən Ukrayna quru qoşunlarında xidmətə başladığını açıqlayıb.
\voicepress.az\