Əməkdar artistin 14 yaşlı oğlu konsert verdi -Fotolar

19 Aprel, 22:11

Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Cəmil Sədizadənin klassik əsərlərdən ibarət konserti keçirilib.

 Voicepress.az xəbər verir ki, Heydər Əliyev Saryında gənc pianoçu, beynəlxalq müsabiqələr laureatı  Cəmil Sədizadənin “Qəlblərin fatehi” adlı  konserti baş tutub.  Xalq artisti Rauf Abdullayevin rəhbərlik etdiyi Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin birgə ifası ilə həyata keçirilən konsertdə 14 yaşlı pianoçu P.İ.Çaykovski 1 nömrəli konsert, Fikrət Əmirov və Elmira Nəzirovanın ərəb mövzularına konsert əsərlərini ifa edib.

Xatırladaq ki, Cəmil Sədizadə 2015-ci ildən bu günə qədər dəfələrlə dünyanın bir çox ölkələrində keçirilən Beynəlxalq müsabiqələrin laureatı olmuşdur (İtaliya,İspaniya,BƏƏ,İsrail,Rusiya, Bolqarıstan, Gürcüstan, Estoniya)

2016-cı il 3 may tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyada xalq artisti Rauf Abdullayevin rəhbərlik etdiyi Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrlə birgə L.V.Bethovenin 1nömrəli konsertini (1-ci hissə) uğurla ifa edib

2017-ci il,mayın 28-də Moskva şəhərində Kreml sarayının Qeorqiyev zalında keçirilən “Nəsillərin melodiyası” 5-ci Beynəlxalq festivalında iştirak etmişdir. Burada o,Rusiya Federasiyasının Prezident orkestri ilə L.V.Bethovenin 1-ci konsertini (1-ci hissə) ifa edib.

2017-ci il iyunun 21-də Cənab Prezident İlham Əliyevin sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb.

2018-ci ilin 26 yanvar tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında xalq artisti Rauf Abdullayevin rəhbərlik etdiyi Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Okestrlə birgə “Zirvəyə doğru” adlı ilk solo konsertini verib.

2018-ci ilin may ayında Fransa dövlətinin paytaxtı Paris şəhərində UNESCO-nun təşkil etdiyi, Qara Qarayevin 100 illik yubileyinə həsr edilmiş konsertdə solo nömrə ilə uğurlu çıxış edib.

2018-ci ilin iyul ayında Heydər Əliyev sarayında, musiqi təhsili üzrə beynəlxalq cəmiyyətin (İSME) 33-cü dünya konfransının açılış mərasimində Frederik Şopenin “Böyük parlaq polonez” əsərini Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrin müşayiəti ilə ifa edib.

Qeyd edək ki, Cəmil Sədizadə Əməkdar artist, tanınmış tarzən Əliağa Sədiyevin oğludur.

\voicepress.az\