Erməni mətbuatı Rusiyanın Ermənistana qarşı tətbiq etdiyi sanksiyalardan yazıb.
Voicepress.az-ın Ermənistanın “Qrapark” nəşrinə istinadən verdiyi xəbərə görə, Ermənistan müxalifəti Rusiyanın Ermənistana qarşı tətbiq etdiyi sanksiyalara qarşı etiraz etmək adına bu ay mitinq etməyi planlaşdırır.
Ermənistan nəşri qeyd edir ki, Brüsseldə Paşinyan-Əliyev görüşündən öncə düşünülən mitinq aprelin 5-də saat 18:00-da Azadlıq meydanında keçirilməyi düşünülür. Mitinq, Qarabağ və Ermənistanı xilas etmək, Rusiyanın sanksiyalarına etiraz etmək məqsədi daşıyır.
Maraqlıdır ki, bundan əvvəl Paşinyan-Əliyev görüşünün Moskvada baş tutacağı ilə bağlı məlumatlar yayılıb.
Bir neçə həftə əvvəl isə Paşinyanın Moskvaya yaxın günlərdə rəsmi səfərinin aprelin 9-u baş tutacağı açıqlanmışdı. Sonra görüşün aprelin 6-da Brüsseldə olacağı məlum oldu.
Ermənistan mətbuatı qeyd edir ki, Paşinyanın Rusiya səfərlərindən əvvəl həmişə hansısa Avropa ölkəsinə – Litvaya, Belçikaya, Fransaya səfəri olur və bunun ardıncada sərhəddə eskalasiya baş verir.
Ermənistan nəşri Rusiyanın tətbiq etdiyi sanksiyaları açıqlayaraq bildirir ki, Rusiya sərhədlərimizi qorumaqdan imtina edərək, Paşinyanı “cəzalandırır”.
Hazırda isə Ermənistan müxalifəti Brüsseldə mühüm razılaşmaların əldə olunacağından ehtiyat edir və bunun nəticəsində “RF”nin Ermənistana qarşı sanksiyalarının bu dəfə daha sərt olacağından ehtiyyat edir.
Ülkər Fərmanqızı\voicepress.az\