Buça qətliamına göstəriş verən Rus polkovnikin kimliyi açıqlandı

6 Aprel, 13:12

Rusiyanın Ukraynaya hücumları davam edərkən, Buçadakı mülki qətliam dünya gündəmində qalmaqda davam edir.

Voicepress.az xəbər verir ki, Qərb mediası Buçadakı əməliyyatlara rəhbərlik edən şəxsin kimliyini  açıqlayıb. “Buça qəssabı” adı verilən bu şəxsin, polkovnik- Leytenant Azatbek Omurbekov olduğu məlum olub.

Omurbekov yüzlərlə ukraynalı mülki şəxsin zorlanması, talan edilməsi və qətlinin təşkilində ittiham olunur. “The Times” yazır ki, 64-cü motoatıcı diviziyaya komandirlik edən polkovnik-leytenant Omurbekov silahsız mülki əhalinin “tamamilə qəddarcasına” öldürülməsi, qadın və uşaqların zorlanması əmri verib.

InformNapalm, bu yaxınlarda pravoslav kilsəsi tərəfindən xeyir-dua alan rus komandirin bütün şəxsi məlumatlarını açıqlayıb. Polkovnik-leytenant Azatbek Omurbekovun telefon nömrəsi, ev ünvanı və elektron poçt ünvanı internetdə dərc olunub.