Böyük Böhran illərində qadınlar un kisələrini necə dəbə çevirdi?- Fotolar

22 Aprel, 10:43

1929-cu il də yaşanan iqtisadi böhran dünyada yaşana ən dəhşətli iqtisadi böhran idi. Böyük Böhran ili adı verilən həmin dövr əsasən sənayeləşmiş şəhərləri vurdu. Bu şəhərlərdə işsizlər və evsizlər ordusu yaranmışdı. Böhrandan təsirlənən bir çox ölkədə tikinti işləri dayandırılmış, kənd təsərrüfatı məhsullarının qiymətlərinin 40,60% azalması fermerlərə və kənd əhalisinə mənfi təsir göstərmişdi. Həmin böhran illəri ABŞ-da həyatı çox dəyişmişdi. İnsanların yoxluqdan əziyyət çəkdiyi o dövrdə yenə də qadınların  yoxluq yaradıcılığı böhranın mənfi təsirlərini azaltmaqda inanılmaz təsirləri olmuşdu. Voicepress.az həmin dövrlə bağlı maraqlı bir məlumatı təqdim edir

Dünyanın ən böyük iqtisadi böhranı kimi tarixə düşən bu dövrdə insanlar yemək və paltar tapmaqda çətinlik çəkdiyi üçün özlərinəməxsus qənaət yollar tapmalı olurdu. Xüsusilə geyim seçimi olmayan insanlar yoxluq yaradıcılıqlarını inkişaf etdirmişdi.

Beləki qadınlar tikiş bacarıqlarından yararlanaraq o dövrdə un kisələrindən paltarlar tikməyə başlamışdı. Kasıb anaların un kisələrindən uşaqlarına və özlərinə paltar tikdiyini öyrənən bəzi un  istehsal edən zavodlar unları rəngarəng naxışları olan, əsasən çiçək motivli  kisələrdə istehsal edib satmağa başlayır. Artıq un kisələri sadə, ağ rəngli bezlərdən olan kisələrdə satılmırdı. Bu da anaların sevincinə səbəb olmuşdu.

Un kisələrinin üstündə uşaqların xoşuna gələcək əyləncəli rəsmlər var idi və bu boya yuyulsa belə heç vaxt solmurdu.

Dünya iqrisadi böhran dövründə 3,5 milyon qadın və uşağın un kisələrindən tikilmiş paltarlar geyindiyi məlumdur.

Hətta un istehsalçıları kisələrin üzərində kisələrin necə paltara çevirə biləcəklərinə dair təlimatlar da çap edirdilər. Bu təlimatlar silinə bilən mürəkkəblərlə yazılırdı və yuyulduqdan sonra silinə bilirdi.

Lakin II Dünya Müharibəsinin başlaması ilə vəziyyət dəyişdi və hərbi geyimlərin əhəmiyyəti artdı. Zaman keçdikcə un zavodları unu kisələrdə satmağa son qoyub kağız torbalara üstünlük verdilər. Un kisələri ilə tikilən paltarların dövrü bitmiş oldu.

Gunel Musa\voicepress.az\