Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov ilə Rumıniyanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Daniel İonita arasında görüş keçirilib.
Səfirlikdən Voicepress.az-a verilən məlumata görə, görüşdə Rumıniyanın səfiri Moldovanın diplomatik korpusunun duayeni funksiyalarını Azərbaycan səfirinə təhvil verib.
Azərbaycanın Moldova Respublikasındakı səfiri Qüdsi Osmanov bu möhtərəm missiyaya başlamağı onun üçün böyük şərəf olduğunu qeyd edərək, duayen institutun Moldovada fəallaşmasını Rumıya səfiri Daniel İonitanın fəaliyyəti ilə bağlı olduğunu vurğulayıb.

O, həmkarını əmin edib ki, Rumıniya səfirinin bütün təşəbbüsləri davam etdiriləcəkdir, o cümlədən Azərbaycan səfəri bildirmişdir ki, pandemiya ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması diplomatik korpusun nümayəndələri arasında əlaqələrin fəallaşması üçün daha çox imkanlar yarada bilər.

Səfir Daniel İonita koronavirus pandemiyasının Diplomatik korpusun duayeni xətti ilə planlaşdırılan bəzi tədbirlərin keçirilməsinə mane olduğu üçün təəssüfünü bildirib.
Bu xüsusda o vurğulayıb ki, onun fəxr etdiyi təşəbbüslərdən biri Diplomatik korpusun Moldovada ilk rəmzi olan və Moldovada missiyalarını sona yetirən diplomatik nümayəndəliklərin rəhbərlərinə təqdim olunan Fəxri fərmanın yaradılmasıdır. O qeyd etmişdir ki, belə fərmanlar artıq missiyalarını Kişinyovda uğurla sona yetirən Almaniya, Slovakiya və Polşa səfirlərinə təqdim olunub.









