Azərbaycanda ilk dəfə “Kamança Festivalı” keçiriləcək”

23 Aprel, 13:37

Azərbaycanda ilk dəfə “Şuşa ili” çərçivəsində “Kamança Festivalı” keçiriləcək.

 Voicepress.az xəbər verir ki, Xalq artisti, professor Siyavuş Kəriminin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə “Şuşa ili” çərçivəsində “Kamança Festivalı” keçiriləcək.

Aprelin 25-dən start veriləcək festival ayın 28-nə qədər davam edəcək. Festival Azərbaycan  Milli Konservatoriyasının  böyük zalında baş tutacaq. Festivalda ölkənin tanınmış kaman ifaçıları iştirak edəcək.

Voicepress.az\