“Zolaqlı pijamalı oğlan” romanının davamı gəlir

5 Mart, 10:00

Holokost hadisələrindən bəhs edən  “Zolaqlı pijamalı oğlan”  romanının davamı gəlir.

Voicepress.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə əsərin müəllifi irlandiyalı yazıçı Con Boyn özü açıqlama verib. Yazıçı bildirib ki, 9 yaşlı Alman uşaqla, yəhudi əsirlərinin həbs edildiyi düşərgədə yaşayan yəhudi uşağın dostluğundan bəhs edilən romanın davamı Brunonun bacısı Qretelin düşüncələri və xatirələrini əhatə edəcək.

Xatırladaq ki, İrlandiya yazıçısı Con Boynun bu əsəri 2006-cı ildə işıq üzü görüb. Əsər əsasında eyni adlı film çəkilib və bu film bir çox kateqoriyalarda mükafat alıb. Bundan sonra “Zolaqlı pijamalı oğlan” İrlandiyada aylarla ən çox satılan kitaba çevrilmiş, “Nyu York Tayms”ın bestsellerlər siyahısına daxil edilib.